İran TRİPP-ə qarşı bəyanat verdi
24 Noyabr 2026, 09:55
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
321
04.09.2026, 17:10
Amerikalı Tim Endryuz doqquz ay ərzində donuz böyrəyi ilə yaşayan ilk insan olub.
Oxu24.com xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, hipertoniya və diabetdən əziyyət çəkən 66 yaşlı Tim Endryuzun nadir qan qrupu ona donor böyrəyi tapmaqda çətinlik yaradıb. Bu səbəbdən 2025-ci ilin yanvarında Endryuz eksperimental əməliyyata razılıq verib və ona genetik modifikasiya edilmiş donuz böyrəyi köçürülüb.
Orqan fasiləsiz işləyərək qanı təmizləyib ki, bu da xəstəyə iştahasını və əzələ kütləsini bərpa etməyə imkan verib. 271 gün sonra yaranmış tromblar səbəbindən orqanı çıxarmaq lazım gəlib və 2026-cı ilin yanvarında Endryuza uyğun donordan insan böyrəyi köçürülüb.
Ümumilikdə isə ABŞ Qida və Dərman İdarəsinin (FDA) proqramı çərçivəsində başqa müalicə imkanı olmayan beş xəstəyə donuz böyrəklərinin köçürüldüyü bildirilir. Onlardan üçü səkkiz aydan çoxdur ki, həmin orqanlarla yaşayır.
Həkimlər hesab edirlər ki, genetik modifikasiya edilmiş heyvan orqanları transplantasiya gözləyən xəstələr üçün müvəqqəti “körpü” kimi istifadə oluna bilər. Bu isə insan donordan orqan almaq üçün illərlə gözləmək məcburiyyətində qalan xəstələr üçün həll yolu ola bilər.
11:20 / 24 Noyabr 2026
1
11:20 / 24 Noyabr 2026
10
11:10 / 24 Noyabr 2026
48
11:05 / 24 Noyabr 2026
47
11:00 / 24 Noyabr 2026
54
10:49 / 24 Noyabr 2026
72
10:40 / 24 Noyabr 2026
88
10:33 / 24 Noyabr 2026
109
10:23 / 24 Noyabr 2026
82
10:20 / 24 Noyabr 2026
87
10:10 / 24 Noyabr 2026
92
10:04 / 24 Noyabr 2026
239
10:00 / 24 Noyabr 2026
110
09:59 / 24 Noyabr 2026
103
09:55 / 24 Noyabr 2026
127
09:49 / 24 Noyabr 2026
94
09:45 / 24 Noyabr 2026
119
09:35 / 24 Noyabr 2026
96
09:28 / 24 Noyabr 2026
315
09:14 / 24 Noyabr 2026
106
09:09 / 24 Noyabr 2026
109
08:59 / 24 Noyabr 2026
130
08:54 / 24 Noyabr 2026
664
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.