İran Xəzərin adını dəyişmək istəyir – Bakıdan REAKSİYA
05 Noyabr 2026, 23:10
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
292
04.09.2026, 15:05
Ermənistan rəsmisi Alen Simonyanın Bişkekdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşündən sonra Bakıya ehtimal edilən səfərini istisna etməməsi diqqətləri yenidən sülh danışıqlarına yönəldib. Səfərin konkret tarixi bəlli olmasa da, belə bir addımın atılması Bakı və İrəvan arasında birbaşa dialoqun keyfiyyətcə yeni mərhələyə keçməsinə zəmin yaradır. Cənubi Qafqazda davamlı sabitliyin bərqərar olunması fonunda qarşılıqlı təmasların intensivləşməsi açıq qalan məsələlərin birbaşa müzakirəsinə geniş imkanlar açır. İki ölkə arasında vasitəçisiz dialoq mexanizmlərinin işə düşməsi regional etimad mühitinin formalaşmasında müstəsna rol oynayır. Ekspertlər və siyasi analitiklər bu ehtimal olunan səfəri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində mühüm dönüş nöqtəsi kimi qiymətləndirirlər. Yaranmış yeni reallıqlar çərçivəsində tərəflərin birbaşa təmasları sülh müqaviləsinin bağlanması prosesini daha da sürətləndirə bilər.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, ehtimal olunan bu səfər sülh prosesi üçün son dərəcə böyük əhəmiyyət kəsb edir:
"Hesab edirəm ki, bu, çox vacib və əhəmiyyətli bir səfərdir. Biz nəzərə almalıyıq ki, artıq münaqişə arxada qalıb. Əvvəllər hər səhərimizi atəşkəsin pozulması və şəhid xəbərləri ilə açırdıqsa, indi Azərbaycan-Ermənistan sərhədində sabitlikdir, müharibə yoxdur”.
Deputatın sözlərinə görə, artıq münasibətləri daha da normallaşdırmağın vaxtı gəlib çatıb və qarşıdakı dövrdə bu cür qarşılıqlı səfərlərin olması tamamilə təbiidir.
Ceyhun Məmmədov qeyd edib ki, bu gün Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması bizim dövlət maraqlarımıza xidmət edir, biz ənqısa vaxtda sülhə nail olmalıyıq:
“Bu səfərdə dialoqun davam etdirilməsi, əməkdaşlığın gücləndirilməsi və həllini tapmamış məsələlərin müzakirəsi xüsusi önəm və əhəmiyyət daşıyır. Biz məsələyə məhz bu kontekstdən, bu anlamdan yanaşmalı və bu formada mövqe nümayiş etdirməliyik. Səfər astanasında bir çox məsələlər müzakirə olunacaq, dialoq davam etdiriləcək və sülhə gedən yolda hər iki tərəf birgə sıx əməkdaşlıq edəcək".
Çimnaz Telmanqızı
00:08 / 06 Noyabr 2026
39
23:34 / 05 Noyabr 2026
454
23:10 / 05 Noyabr 2026
77
22:44 / 05 Noyabr 2026
974
22:33 / 05 Noyabr 2026
104
22:27 / 05 Noyabr 2026
78
22:20 / 05 Noyabr 2026
93
22:14 / 05 Noyabr 2026
90
22:06 / 05 Noyabr 2026
82
21:53 / 05 Noyabr 2026
82
21:50 / 05 Noyabr 2026
116
21:40 / 05 Noyabr 2026
101
21:35 / 05 Noyabr 2026
210
21:27 / 05 Noyabr 2026
521
21:25 / 05 Noyabr 2026
100
21:15 / 05 Noyabr 2026
276
21:14 / 05 Noyabr 2026
109
21:00 / 05 Noyabr 2026
296
20:58 / 05 Noyabr 2026
134
20:47 / 05 Noyabr 2026
237
20:44 / 05 Noyabr 2026
127
20:37 / 05 Noyabr 2026
151
20:22 / 05 Noyabr 2026
295
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.