Azər Mehtiyev vəfat edib
11 Oktyabr 2026, 00:59
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
5169
31.08.2026, 23:06
Nepalda baş verən dağıdıcı daşqına yalnız buzlaq parçalarının qopması deyil, Lanqtanq-Lirunq zirvəsində dağ yamacının bir hissəsinin çökməsi də səbəb olub.
Oxu24.com "Associated Press"ə istinadən xəbər verir ki, geomorfoloqlar Kristin Kuk və Den Şuqar fəlakətdən əvvəl və sonra çəkilmiş peyk görüntülərini araşdıraraq bu qənaətə gəliblər.
Fəlakətdən bir gün sonra çəkilən görüntülər buzlağın altındakı dağ yamacının zədələndiyini göstərib. Nəticədə milyonlarla ton qaya və buz parçası dar dərəyə tökülərək aşağıya doğru hərəkət edib.
Yol boyu buz əriyərək su, torpaq və qaya parçaları ilə qarışıb və nəhəng daş-palçıq seli yaranıb. Bəzi ərazilərdə selin hündürlüyü bir neçə mərtəbəyə çatıb.
Sel Trişuli çayına daxil olduqdan sonra Kolpurtar, Betxravati və Syapru-Besi ərazilərində çay kəskin şəkildə genişlənib və su demək olar ki, qara rəng alıb. Güclü axın binaları dağıdıb, gətirdiyi dağıntılar isə bəzi ərazilərdə çayın məcrasını tamamilə dəyişib.
Alimlər hadisəni dünyada qeydə alınmış ən böyük buzlaq mənşəli daşqınlardan biri adlandırıblar. Tədqiqatçılar hələlik fəlakəti iqlim dəyişikliyi ilə əlaqələndirmirlər. Bununla belə, "əbədi buzlağın" əriməsinin süxurları zəiflədərək bu cür hadisələrin başvermə ehtimalını artıra biləcəyi qeyd olunur.(oxuaz)


01:41 / 11 Oktyabr 2026
42
01:28 / 11 Oktyabr 2026
8016
01:15 / 11 Oktyabr 2026
58
01:11 / 11 Oktyabr 2026
103
00:59 / 11 Oktyabr 2026
325
00:56 / 11 Oktyabr 2026
70
00:39 / 11 Oktyabr 2026
145
00:21 / 11 Oktyabr 2026
294
00:19 / 11 Oktyabr 2026
64
00:17 / 11 Oktyabr 2026
65
00:11 / 11 Oktyabr 2026
172
00:06 / 11 Oktyabr 2026
191
23:34 / 10 Oktyabr 2026
314
23:24 / 10 Oktyabr 2026
85
23:24 / 10 Oktyabr 2026
99
23:11 / 10 Oktyabr 2026
91
22:55 / 10 Oktyabr 2026
76
22:49 / 10 Oktyabr 2026
128
22:39 / 10 Oktyabr 2026
83
22:35 / 10 Oktyabr 2026
133
22:28 / 10 Oktyabr 2026
78
22:06 / 10 Oktyabr 2026
86
21:36 / 10 Oktyabr 2026
3185
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.