Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi 

Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi 

DÜNYA

603

30.08.2026, 01:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda fəaliyyət göstərən yəhudi dini icmaları birgə açıqlama yayıb.

Oxu24.com-un məlumatına görə, açıqlamada bildirilir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dini müxtəlifliyin qorunması, konfessiyalararası həmrəyliyin möhkəmləndirilməsi və multikultural dəyərlərin təşviqi dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir.

“Dini icmalara göstərilən maliyyə dəstəyi də bu siyasətin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsinin vacib göstəricilərindəndir. Bu dövlət siyasətinin yaratdığı əlverişli şəraitdə Azərbaycanda fəaliyyət göstərən yəhudi dini icmaları öz fəaliyyətlərini şəffaflıq, hesabatlılıq və qanunvericiliyin tələblərinə riayət olunması prinsipləri əsasında həyata keçirirlər.

Bu günlərdə özünü Azərbaycan Yəhudi Media Mərkəzi kimi təqdim edən quruma məxsus “AJMedia” xəbər portalında ölkədə fəaliyyət göstərən yəhudi dini icmalarının fəaliyyəti, o cümlədən, maliyyə məsələləri ilə bağlı həqiqəti əks etdirməyən məlumatın yayılması təəssüf doğurur.

Birmənalı şəkildə qeyd edirik ki, ayrılan vəsaitlərin istifadəsi müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir, maliyyə əməliyyatları müvafiq nəzarət və hesabatlılıq çərçivəsində aparılır”, - məlumatda qeyd edilir.

Bildirilir ki, hər hansı media qurumunun yəhudi dini icmasının adından çıxış etməsi, onun mövqeyini icmanın özünün rəsmi mövqeyinə istinad etmədən təqdim etməsi və ya icma adından ictimai rəy formalaşdırmağa cəhd göstərməsi qəbuledilməzdir və media fəaliyyətinin əsas prinsipləri ilə ziddiyyət təşkil edən yolverilməz yanaşmadır: “Bir daha qeyd edirik ki, Azərbaycanın yəhudi dini icmaları “AJMedia”nı özünün informasiya resursu olaraq qəbul etmir, onu bu və ya digər formada dəstəkləmir, həmin resursda dərc ediləm fikirlərin icmaların mövqeyini əks etdirmədiyini bildirirlər.

Yəhudi dini icmaları bundan sonra da fəaliyyətləri ilə bağlı media nümayəndələrinin suallarını cavablandırmağa və ictimaiyyəti maraqlandıran məsələlərlə əlaqədar mövqelərini birbaşa açıqlamağa hazırdırlar”.

Birgə açıqlamanı Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Aleksandr Şarovski və Sefarad Yəhudilərinin Bakı Dini İcmasının rəhbəri Zamir İsayev yayıb.

“Azərbaycanın gücü təkcə Zəfərində deyil, fərqli xalqları birləşdirən həmrəyliyindədir” -  DEPUTAT  

18:50 / 30 Oktyabr 2026

SİYASƏT SİYASƏT

“Azərbaycanın gücü təkcə Zəfərində deyil, fərqli xalqları birləşdirən həmrəyliyindədir” -  DEPUTAT  

98

0
Əliyev Ankarada hazırlanan planı belə pozdu – Şah gedişi və mat vəziyyəti 

18:43 / 30 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Əliyev Ankarada hazırlanan planı belə pozdu – Şah gedişi və mat vəziyyəti 

1514

0
ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – "Məhsul bayramı" təşkil edilib

18:27 / 30 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – "Məhsul bayramı" təşkil edilib

90

0
 YENİ MƏRHƏLƏ: Türkiyənin planı yükdaşımaları sürətləndirəcək — AÇIQLAMA  

18:17 / 30 Oktyabr 2026

SİYASƏT SİYASƏT

 YENİ MƏRHƏLƏ: Türkiyənin planı yükdaşımaları sürətləndirəcək — AÇIQLAMA  

109

0
Əli Əsədov maaşlarla bağlı qərar İMZALADI

18:14 / 30 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Əli Əsədov maaşlarla bağlı qərar İMZALADI

207

0
Şiddətli töhmət alan baş həkimə yüksək vəzifə verilib? 

18:07 / 30 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Şiddətli töhmət alan baş həkimə yüksək vəzifə verilib? 

136

1
Ramiz Mehdiyevlə bağlı bu qərar VERİLDİ

18:01 / 30 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ramiz Mehdiyevlə bağlı bu qərar VERİLDİ

303

0
Uşaq ana bətnində sidiyə gedirmi? – Ginekoloq maraqlı məqamlara aydınlıq gətirdi  

18:00 / 30 Oktyabr 2026

TİBB TİBB

Uşaq ana bətnində sidiyə gedirmi? – Ginekoloq maraqlı məqamlara aydınlıq gətirdi  

198

0
Sumqayıtda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza olub 

17:51 / 30 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sumqayıtda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza olub 

83

0
Hadisənin baş verdiyi məktəblə bağlı ŞOK! Şagirdlərin geyimi... (VİDEO)

17:47 / 30 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Hadisənin baş verdiyi məktəblə bağlı ŞOK! Şagirdlərin geyimi... (VİDEO)

807

0
Xaş sevənlərə xəbərdarlıq: Bu üç xəstəlikdən əziyyət çəkənlər ehtiyatlı olmalıdır  

17:35 / 30 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Xaş sevənlərə xəbərdarlıq: Bu üç xəstəlikdən əziyyət çəkənlər ehtiyatlı olmalıdır  

288

0
Dəridəki xallara toxunmaq təhlükəlidirmi? – Dermatoloqdan XƏBƏRDARLIQ

17:20 / 30 Oktyabr 2026

TİBB TİBB

Dəridəki xallara toxunmaq təhlükəlidirmi? – Dermatoloqdan XƏBƏRDARLIQ

108

0