HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
15 Noyabr 2026, 15:50
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
271
26.08.2026, 21:53
NASA “Nancy Grace Roman” kosmik teleskopunun buraxılışına hazırlaşır. Yeni nəsil rəsədxanası qaranlıq enerji, qaranlıq materiya və Günəş sistemindən kənardakı planetlərin öyrənilməsi üçün nəzərdə tutulub.
Oxu24.com xəbər verir ki, NASA-nın son məlumatına görə, teleskopun buraxılışı avqustun 30-da, Bakı vaxtı ilə saat 15:26-da planlaşdırılır. Aparat Floridadakı Kennedi Kosmik Mərkəzindən “SpaceX Falcon Heavy” raketi ilə kosmosa göndəriləcək.
Missiyanın əsas məqsədlərindən biri Kainatın genişlənməsinin niyə sürətləndiyini müəyyənləşdirməkdir. Teleskop kosmosun nəhəng sahələrini müşahidə edəcək, milyardlarla qalaktikanı araşdıracaq, qaranlıq materiyanın onların formalaşmasına və paylanmasına təsirini öyrənməyə imkan verəcək.
“Roman” ekzoplanetlərin, yəni Günəş sistemindən kənarda yerləşən planetlərin axtarışı ilə də məşğul olacaq. Onun müşahidə sahəsi “Hubble” kosmik teleskopundan ən azı 100 dəfə geniş olacaq. Bu xüsusiyyət alimlərə səmanın böyük hissələrini yüksək dəqiqliklə və daha sürətli araşdırmağa imkan verəcək.
Teleskop buraxılışdan sonra Yerdən təxminən 1,6 milyon kilometr uzaqlıqdakı Günəş–Yer sisteminin L2 Laqranj nöqtəsinə doğru hərəkət edəcək. Missiyanın əsas fəaliyyət müddəti beş il nəzərdə tutulub, lakin NASA onun 10 ilədək işləməsini hədəfləyir.
17:53 / 15 Noyabr 2026
1
17:43 / 15 Noyabr 2026
74
17:16 / 15 Noyabr 2026
238
17:12 / 15 Noyabr 2026
900
17:09 / 15 Noyabr 2026
64
15:50 / 15 Noyabr 2026
90
15:25 / 15 Noyabr 2026
114
15:15 / 15 Noyabr 2026
117
14:47 / 15 Noyabr 2026
163
14:34 / 15 Noyabr 2026
334
14:25 / 15 Noyabr 2026
137
14:19 / 15 Noyabr 2026
112
14:02 / 15 Noyabr 2026
462
13:27 / 15 Noyabr 2026
338
12:55 / 15 Noyabr 2026
1633
12:36 / 15 Noyabr 2026
375
12:28 / 15 Noyabr 2026
168
12:11 / 15 Noyabr 2026
146
11:52 / 15 Noyabr 2026
222
11:43 / 15 Noyabr 2026
148
11:29 / 15 Noyabr 2026
169
11:20 / 15 Noyabr 2026
142
11:20 / 15 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.