Qaynar xətt:

(+99450) 247 90 86

"Anthropic" yeni "Opus 5" süni intellekt modelini təqdim edib

\"Anthropic\" yeni \"Opus 5\" süni intellekt modelini təqdim edib

DÜNYA

68

25.07.2026, 12:25

Süni intellekt şirkəti "Anthropic" yeni nəsil "Claude Opus 5" modelini təqdim edib.

Oxu24.com xəbər verir ki, şirkətin məlumatına görə,  yeni model daha güclü sistemlərin imkanlarına yaxın performans göstərir, lakin onların təxminən yarısı qədər xərc tələb edir.

Anthropic-in açıqlamasına görə, "Claude Opus 5" gündəlik ofis işləri, mətn emalı və kompüter proqramlaşdırması kimi tapşırıqlarda yüksək məhsuldarlıq nümayiş etdirir.

Şirkətin Məhsul Direktoru Dianne Penn müsahibəsində bildirib ki, yeni model may ayında təqdim edilən Opus 4.8 versiyasından daha səmərəlidir və bu, Anthropic-in süni intellekt sahəsində sürətli inkişaf tempini göstərir.

"Hər yeni model nəsli ilə daha güclü süni intellekt hazırlayır və onu istifadəçilər üçün mümkün qədər əlçatan etməyə çalışırıq", – deyə Penn vurğulayıb.

Anthropic hesab edir ki, Opus 5 yüksək performansla yanaşı, daha münasib qiymətə təqdim olunması sayəsində həm fərdi istifadəçilər, həm də bizneslər üçün cəlbedici seçim olacaq.