"Volkswagen" tarixi ixtisarlar planlaşdırır
25 İyul 2026, 12:59
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
82
25.07.2026, 12:02
ABŞ Prezidenti Donald Tramp administrasiyasının 1974-cü il Ticarət Qanununun 301-ci maddəsi əsasında 60 ticarət tərəfdaşına tətbiq etdiyi tariflər məhkəməyə verilib.
Oxu24.com xəbər verir ki, ABŞ Beynəlxalq Ticarət Məhkəməsinə iki şirkət tərəfindən təqdim olunan kollektiv iddiada, ABŞ idxalının təxminən 99,4 faizini əhatə edən ölkələrə tətbiq edilən 10 və 12,5 faizlik tariflərin ləğvi tələb olunur. İddiaçılar bu tariflərin qanunsuz olduğunu bildirirlər.
Məhkəməyə təqdim edilən sənəddə qeyd olunur ki, Tramp administrasiyasının 301-ci maddəyə əsasən atdığı son addım Konqresin icra hakimiyyətinə verdiyi səlahiyyətlərin hüdudlarını aşır. Bundan əlavə, tariflərin tətbiq olunma mexanizminin "özbaşına və əsassız" olduğu iddia edilir.
ABŞ Ticarət Nümayəndəliyi (USTR) daha əvvəl 1974-cü il Ticarət Qanununun 301-ci maddəsi çərçivəsində aparılan araşdırmaların nəticələrinə əsasən 60 ticarət tərəfdaşına 10 və ya 12,5 faiz tarif tətbiq ediləcəyini açıqlamışdı. Qurum bu qərarı həmin ölkələrin məcburi əmək yolu ilə istehsal olunan malların idxalına qoyulan qadağanı lazımi səviyyədə icra etməməsi ilə əsaslandırmışdı.
Tramp administrasiyasının bu addımı, ABŞ Ali Məhkəməsinin Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Qanunu (IEEPA) çərçivəsində tətbiq olunan tarifləri qanunsuz hesab etməsindən sonra atılıb. Qərar, həmçinin 122-ci maddə əsasında 150 gün müddətinə tətbiq edilən 10 faizlik müvəqqəti qlobal tariflərin başa çatmasına az qalmış qüvvəyə minib.
13:05 / 25 İyul 2026
24
13:03 / 25 İyul 2026
92
12:59 / 25 İyul 2026
28
12:59 / 25 İyul 2026
27
12:53 / 25 İyul 2026
145
12:45 / 25 İyul 2026
49
12:44 / 25 İyul 2026
158
12:33 / 25 İyul 2026
156
12:25 / 25 İyul 2026
129
12:25 / 25 İyul 2026
56
11:30 / 25 İyul 2026
79
11:15 / 25 İyul 2026
70
10:59 / 25 İyul 2026
62
10:35 / 25 İyul 2026
89
10:15 / 25 İyul 2026
84
09:59 / 25 İyul 2026
80
09:45 / 25 İyul 2026
83
09:21 / 25 İyul 2026
87
08:59 / 25 İyul 2026
94
01:13 / 25 İyul 2026
408
23:28 / 24 İyul 2026
162
22:14 / 24 İyul 2026
112
21:39 / 24 İyul 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.