Türkiyənin daha bir gəmisi vuruldu
22 İyul 2026, 17:07
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
138
21.07.2026, 16:02
FETÖ-nun 2016-cı ilin iyulunda Türkiyədə dövlət çevrilişinə cəhd zamanı və ondan əvvəl Prezident Rəcəb Tayyib Ərdoğana qarşı bir neçə dəfə sui-qəsd törətməyə cəhd etdiyi məlum olub.
Oxu24.com teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Türkiye” qəzeti məlumat yayıb.
Məlumata görə, sui-qəsdlərdən birinin hərbi təlimlər zamanı törədilməsi planlaşdırılsa da, xüsusi xidmət orqanları şübhəli məqamlar aşkar etdikdən sonra prezidentin həmin tədbirdə iştirakı ləğv olunub.
Rəcəb Tayyib Ərdoğanı məhz Misir lideri Ənvər Sədatın qətlə yetirildiyi üsulla – hərbi parad zamanı rəsmi tribunada və ya iştirakçılar arasında olduğu an silahlı hücumla aradan qaldırmsı planlaşdırılıb.
Qeyd edək ki, 1981-ci il oktyabrın 6-da Misir Prezidenti Ənvər Sədat Qahirədə 1973-cü il müharibəsinin ildönümünə həsr olunmuş hərbi paradı izləyərkən paraddan keçən hərbi yük maşınından düşən radikal islamçı hərbçilər tərəfindən avtomat və əl qumbaraları ilə atəşə tutularaq qətlə yetirilib. Bu sui-qəsdin əsas səbəbi Ənvər Sadatın 1978-ci ildə ABŞ-nin vasitəçiliyi ilə İsraillə imzaladığı Kemp-Devid sazişi və ölkə daxilindəki islamçı müxalifətə qarşı həyata keçirdiyi təqiblər idi.
Növbəti sui-qəsd Türkiyə liderinə qarşı 2016-cı il iyulun 15-nə keçən gecə baş tutub. Lakin Ərdoğanın Marmarisdəki oteli vaxtında tərk etməsi nəticəsində bu plan da pozulub.
Xatırladaq ki, 2016-cı il iyulun 15-də Türkiyədə baş vermiş qanlı çevriliş cəhdi nəticəsində 253 nəfər həlak olub, 2,2 min nəfər yaralanıb. Qiyam yatırıldıqdan sonra yüz minlərlə şəxs işdən azad olunub və yüzlərlə qiyamçı isə ömürlük həbs cəzasına məhkum edilib.
23:10 / 22 İyul 2026
11
22:31 / 22 İyul 2026
63
22:16 / 22 İyul 2026
63
21:55 / 22 İyul 2026
66
21:24 / 22 İyul 2026
67
20:38 / 22 İyul 2026
85
20:19 / 22 İyul 2026
69
19:53 / 22 İyul 2026
75
19:11 / 22 İyul 2026
104
18:52 / 22 İyul 2026
108
18:34 / 22 İyul 2026
116
18:22 / 22 İyul 2026
110
18:14 / 22 İyul 2026
113
18:10 / 22 İyul 2026
135
18:00 / 22 İyul 2026
151
17:47 / 22 İyul 2026
97
17:30 / 22 İyul 2026
108
17:28 / 22 İyul 2026
115
17:20 / 22 İyul 2026
103
17:07 / 22 İyul 2026
107
17:04 / 22 İyul 2026
99
16:58 / 22 İyul 2026
1889
16:58 / 22 İyul 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.