Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1664
az

Siçovulda insan şüurunun əlamətləri aşkarlandı

22:5711 May, 2018
1110
DÜNYA
  • A
 ABŞ-ın İndiana universitetinin neyrobioloqları siçovulun insan üçün xarakterik olan sinir sisteminin yüksək fəaliyyətinə malik olduğunu isbat edib.

Siçovulların keçmişdə baş verən hadisələri xronoloji ardıcıllıqla xatırlaya bildiyi ortaya çıxıb.

Oxu24.com xəbər verir ki, bu haqda pres-reliz “Phys.org”da dərc olunub.

Tədqiqatda 12 müxtəlif qoxunu yadda saxlamaqla bağlı təlim keçmiş 13 siçovuldan istifadə olunub. Gəmiricilər xüsusi kameraya yerləşdirilib və bu və ya digər qoxunu tanıdıqdan sonra mükafatlandırılıb.

Təlimdən sonra gəmiricilər bir sıra testləri yerinə yetirib. Hər testdə qoxuların yerləri dəyişdirilib. Belə ki, alimlər siçovulların qoxuları ardıcıllıqla xatırladığını sübuta yetirməyə çalışıb. Nəticədə siçovulların bütün siyahını xatırlamağa qadir olduğu ortaya çıxıb.

Orta hesabla gəmiricilər sınaqların 87 faizini uğurlu şəkildə başa vurub. Bu onlarda müxtəlif hadisələr haqqında xronoloji ardıcıllıqla informasiyanı saxlayan epizodik hafizənin olduğunu təsdiq edib.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın ərini pişiyə görə məhkəməyə verdiö
Dünyanın ən yaşlı çöl quşu yumurtladı
İki ildir kosmosdan qayıda bilməyən astronavtlardan xəbər var - FOTOlar

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Həmin görüntülər yayıldı: Pilotlar nə deyirmiş?
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı