Qaynar xətt:

(+99450) 247 90 86

Aİ əhalisinin 2029-cu ildə pik həddə çatacağı gözlənilir

Aİ əhalisinin 2029-cu ildə pik həddə çatacağı gözlənilir

DÜNYA

71

14.07.2026, 14:59

Avropa İttifaqının (Aİ) əhalisinin 2029-cu ildə 453,3 milyon nəfərlə maksimum həddə çatacağı, bundan sonra isə uzunmüddətli azalma mərhələsinə keçəcəyi açıqlanıb.

Oxu24.com xarici KİV-lərə istinadən xəbər verir ki, Aİ-nin hesabatına görə, hazırda 450,6 milyon nəfər olan əhali sayının 2100-cü ilə qədər 398,8 milyona enəcəyi proqnozlaşdırılır.

Mütəxəssislər bildirirlər ki, əsas səbəblər arasında əhalinin yaşlanması və doğum səviyyəsinin azalması dayanır. 2050-ci ilə qədər Aİ sakinlərinin təxminən üçdə birinin 65 yaşdan yuxarı olacağı gözlənilir.

Hesabatda qeyd olunur ki, bu proses əmək bazarı, dövlət büdcəsi, səhiyyə və sosial xidmətlər üçün ciddi çağırışlar yaratsa da, yaşlı əhali üçün yeni iqtisadi imkanlar da formalaşdırır.

Turan