Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ: Rusiyada DƏHŞƏTLİ PARTLAYIŞ - Çox sayda ölü və yaralı var

2019-08/1565265239_photo_69717.jpg

DÜNYA

828

08.08.2019, 15:54

\"\" Rusiyanın Arxangelsk vilayətindəki Severodvinsk şəhərindən 30 kilometr məsafədə yerləşən hərbi hissənin ərazisində güclü partlayış baş verib.
Oxu24.com Ria novosti agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı azı 2 nəfər həyatını itirib. 15-ə qədər yaralı var. Dərhal əraziyə yanğınsöndürənlər və təcili yardım briqadaları cəlb edilib. Məlumata görə, partlayış raket qurğusunun sınağı zamanı baş verib. Hadisənin səbəbləri barədə məlumat yoxdur. Xatırladaq ki, 3 gün əvvəl Krasnoyarsk vilayətində yerləşən Açinsk şəhərindəki hərbi hissədə də güclü partlayışlar baş verib. Artilleriya silahlarının saxlanıldığı anbarda qeydə alınan partlayışlardan sonra güclü yanğın başlayıb. Ölən və xəsarət alanlar olub.