İlin əvvəlindən Rusiyada işçi qüvvəsi azalır. Rusiya kənd təsərrüfatı və dövlət xidməti akademiyasının monitorinqi belə nəticə ortaya çıxarıb.
Oxu24.com xəbər verir ki, ilin ilk kvartalında azalma 800 min nəfər olub. Müqayisə kimi keçən ilin ilk üç ayı götürülüb.
Rusiyada ümumilikdə əhalinin 75 milyon nəfəri əmək qabiliyyəti olan kəsim sayılır. Özlüyündə azalma qonşu ölkədə təəccüblə qarşılanmır. Çünki proses xeyli müddətdir gedir. 2016-cı ildən sonra sürətlənmə müşahidə edilir. İndi gerçək işçi qıtlığı mənzərəsi yaranıb.
Burada əhali azalmasının da böyük rolu var. 2006-cı ildən bəri Rusiyada əmək qabiliyyət olan insanların sayı 9 faiz azalıb. Oxu24.com
ŞƏRHLƏR