Dünyanın 500 ən zəngin insanı ötən gün Amerika səhmlərindəki qiymət düşməsi səbəbindən sərmayələrinin 2,1%-dən məhrum olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” yazıb. Milyarderlər siyahısındakı 21 nəfər isə 1 milyard dollar itirib. Ən böyük itki isə “Amazon”un sahibi Ceff Bezosa üz verib. Belə ki, o, 3,4 milyard dollar ziyana düşüb. Bununla belə Bezos 110 milyard dollar kapitalıyla hələ də dünyanın ən varlı insanı statusunu qoruyub saxlaya bilir.
Qeyd edək ki, ABŞ və Çin münasibətlərində yaranan gərginlik nəticəsində yuan dollar qarşısında 0,7% ucuzlaşıb. Oxu24.com
ŞƏRHLƏR