Almaniyada sovet əsgərlərinin abidəsi dağıdılıb
06 Noyabr 2026, 23:11
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
518
24.06.2026, 13:32
23 İyun 2026-cı il tarixində Özbəkistanın Namangan şəhərində III Beynəlxalq Məqam Sənəti Forumunun təntənəli açılış mərasimi keçirilib.
Oxu24.com xəbər verir ki, forum Özbəkistan Respublikasının Prezidenti, Zati-aliləri cənab Şavkat Mirziyoyev tərəfindən rəsmi olaraq açıq elan edilib. Dövlət başçısı çıxışı zamanı məqam sənətinin mənəvi dəyərlərin qorunması, mədəni dialoqun möhkəmləndirilməsi və zəngin tarixi-mədəni irsin gələcək nəsillərə ötürülməsində xüsusi rolunu vurğulayıb.
Forum çərçivəsində Özbəkistan Respublikasının Prezidenti məqam sənətinin gələcək inkişafına yönəlmiş bir sıra təşəbbüslərlə də çıxış edib. Belə ki, Yeni Daşkənddə inşa olunan Məqam Mərkəzinə dünya statusunun verilməsi, onun nəzdində Beynəlxalq Məqam Akademiyasının yaradılması, eləcə də vahid Ümumdünya Məqam Antologiyasının hazırlanması təklif olunub. Bu təşəbbüslər Şərq xalqlarının unikal musiqi irsinin qorunmasına, sistemləşdirilməsinə və beynəlxalq miqyasda geniş təbliğinə xidmət edir.
Tədbir çərçivəsində Fondun Prezidenti professor Aktotı Raimkulova fəxri qonaq qismində iştirak edərək, ortaq türk mədəniyyətinin ayrılmaz bir parçası olan məqam sənətinin xalqlararası mənəvi bağların gücləndirilməsindəki rolunu yüksək qiymətləndirib.
Tədbirdə, həmçinin, UNESCO, ISESCO, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) kimi beynəlxalq təşkilatların rəhbərləri, müxtəlif ölkələrin mədəniyyət nazirləri və səfirləri, eləcə də dünyanın 80-dən çox ölkəsindən 250-yə yaxın mədəniyyət və incəsənət nümayəndəsi iştirak ediblər.
Qeyd edək ki, zəngin musiqi irsinin qorunması, öyrənilməsi və təbliği baxımından mühüm beynəlxalq platforma olan III Beynəlxalq Məqam Sənəti Forumu dünyanın müxtəlif ölkələrindən musiqi sənətinin görkəmli nümayəndələrini bir araya gətirib.

00:23 / 07 Noyabr 2026
17
00:10 / 07 Noyabr 2026
82
00:06 / 07 Noyabr 2026
66
23:59 / 06 Noyabr 2026
191
23:42 / 06 Noyabr 2026
163
23:37 / 06 Noyabr 2026
106
23:32 / 06 Noyabr 2026
83
23:28 / 06 Noyabr 2026
132
23:21 / 06 Noyabr 2026
90
23:17 / 06 Noyabr 2026
85
23:11 / 06 Noyabr 2026
78
23:00 / 06 Noyabr 2026
90
22:55 / 06 Noyabr 2026
89
22:48 / 06 Noyabr 2026
483
22:42 / 06 Noyabr 2026
84
22:38 / 06 Noyabr 2026
217
22:32 / 06 Noyabr 2026
91
22:26 / 06 Noyabr 2026
90
22:16 / 06 Noyabr 2026
79
22:05 / 06 Noyabr 2026
619
22:01 / 06 Noyabr 2026
134
21:59 / 06 Noyabr 2026
198
21:54 / 06 Noyabr 2026
182
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.