Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16433
az

İti tumarlayan qadının əlləri və ayaqları kəsildi

15:3803 Avqust, 2019
739
  • A
 ABŞ-n Ohaya ştatının sakini Meri Treyner itin tüpürcəyi vasitəsilə ağır infeksiyaya yoluxaraq, yuxarı və aşağı ətraflarından məhrum olub. Bu barədə Fox8 yazır.
Qeyd edilir ki, Karib adalarında keçirdikləri məzuniyyətdən qayıtdıqdan sonra, qadın özünü pis hiss eləməyə başlayıb. Onun bel nahiyyəsi güclü ağrıyır, ürəyi bulanırdı. Lakin Treyner qripə yoluxduğunu düşünürdü.

Bir müddətdən sonra halı pisləşdiyi üçün qadın xəstəxanaya yerləşdirilir. İntensiv terapiyaya baxmayaraq, Treynerdə sepsis başlayır. O, süni komaya salınsa da, artıq qanqrena başlamışdı. Həkimlər qadının həyatını xilas etmək üçün, onun dizdən yuxarıyadək ayaqları və əllərini amputasiya etməli oldular.

Bildirilir ki, Treynerin analizlərində, adətən, it və pişiklərdə rast gəlinən “Capnocytophaga” bakteriyaları aşkar edilib. Bu bakteriyalar ya heyvanın dişləyi, ya da tüpürcəyi ilə ötürülür.

Həkimlər Treynerin özünün itlərindən birindən yoluxduğunu düşünürlər. Hadisəyə baxmayaraq, qadın heyvanlarını əvvəlki kmi sevdiyini bildirir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəhşətli aviaqəzanın günahkarı odur, sağ qalan yoxdur -Tramp AÇIQLADI
İsrail 110 fələstinli məhbusu AZAD ETDİ
Dünya çempionları təyyarə qəzasında HƏLAK OLDULAR

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi      xəstəxanada    ölüb