Qaynar xətt:

(+99450) 247 90 86

6 gün maşında sıxışıb qalan qadın belə sağ qaldı - Saqqız qutusuna... + FOTOLAR

2019-08/1564823782_q.jpg

DÜNYA

1070

03.08.2019, 13:15

\"\"  Belçikanın Lej şəhəri yaxınlarında avtomobili ilə dərəyə yuvarlanan 45 yaşlı Korine Bastid adlı qadın 6 gün boyunca maşının içində qapalı qalıb.
Oxu24.com xarici mediaya istinadən xəbər verir ki, meşəlik ərazidə, ac-susuz halda 6 gün yaşam mübarizəsi aparan qadın onurğası zədələndiyi üçün maşının içində hərəkətsiz qalıb. O, yağış suyu içərək həyatda qalmağı bacarıb. Bir saqqız qutusuna doldurğu yağış suyunu içən qadın axtarış heyəti tərəfindən 6 gün sonra tapılıb. Qadın deyib ki, heç kimin onu tapa bilməyəcəyini düşünürdü və çox qorxurdu: \"Cib telefonum ard-arda zəng çalırdı amma yaralandığım üçün telefonu götürə bilmirdim, ertəsi gün telefonun enerjisi bitdiyi üçün söndü\".
Korine Bastid onu qurtaran qadını \"qoruyucu mələk\" adlandırıb. \"\" \"\" \"\"