Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1643
az

Ermənistanın yeni müdafiə naziri kimdir?- DOSYE

14:0211 May, 2018
1933
DÜNYA
  • A
Ermənistanın yeni müdafiə nazirinin kimliyi məlum olub.

Oxu24.com -un  "Life.ru" saytına istinadən verdiyi xəbərə görə, baş nazir Nikol Paşinyan bu vəzifəyə fövqəladə hallar naziri səlahiyyətlərinin icraçısı David Tonoyanın təyin olunacağını açıqlayıb. "Deyə bilərəm ki, David Tonoyan bu gün müdafiə naziri təyin olunacaq", - deyə N. Paşinyan hökumətin iclasından sonra bildirib.

Xatırladaq ki, müdafiə naziri Vigen Sarkisyan mayın 8-də vəzifəsindən istefa verib. O, 2016-cı ilin oktyabrından bu vəzifədə çalışırdı.

D. Tonoyan 1967-ci ildə Qazaxıstanda doğulub. 1991-ci ildə İrəvan Dövlət Universitetini, 1997-ci ildə Rusiya Hərbi-Diplomatik Akademiyasını bitirib. Ermənistanda əvvəlcə DİN, sonra Müdafiə Nazirliyi sistemində çalışıb. 2004-cü ildə Ermənistanın NATO-dakı nümayəndəsi, 2007-ci ildə Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq və müdafiə proqramları idarəsinin rəisi, 2009-cu ildə MN-in müdafiə siyasəti idarəsinin rəisi, 2010-cu ildə müdafiə nazirinin 1-ci müavini vəzifələrinə təyin olunub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Terrorçular  hərbçilərə hücum ediblər
Qorbaçov xəstəxanaya yerləşdirilib
ABŞ qadağan olunmuş raketlərin istehsalına başladı

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Putin avtomobili özü sürdü - VİDEO
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Axtarışda olan beş nəfər saxlanılıb