Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16255
az

3 ay əvvəl evlənmişdilər: arvadını və qaynatasını öldürdü - Səbəbi ŞOK ETDİ - FOTO

15:1629 İyul, 2019
1063
DÜNYA
  • A
  Adanada dəhşətli qətl hadisəsi baş verib.

Oxu24.com İHA-ya istinadən xəbər verir ki, arvadını və qaynını öldürdükdən sonra qayınanasına da ölümcül xəsarət yetirən şəxsin bu addımı hansı səbəbdən atdığı eşidənləri məəttəl qoyub.

İddiaya görə, 4 ay öncə Adanada çavuş kimi işə başlayan və 3 ay bundan qabaq Büşra Güçlü (21) ilə evlənən Ertuğrul Güçlü (22) qətl günü işdən çıxdıqdan sonra həyat yoldaşı atası Cemal Ünlükıranerin (58) evində olduğu üçün oraya gedib. Güçlü yoldaşına yorğun olduğunu, evə getmək istədiyini söyləyib. Ancaq yoldaşı ona "Atama aldığın ayaqqabını atam bəyənmədi, bunu dəyişdirmək istəyirik. Gedib indi bunu dəyişdirək" deyib.
 Hərbçi ər isə yorğun olduğunu təkrarlayarak başqa bir zaman dəyişdirmək istədiyini, indi evə getmək istədiyini deyib. Həyat yoldaşı 3 aylıq əri ilə ayaqqabını dəyişdirmək mövzusunda mübahisə edincə cütlük arasında ciddi söz-söhbət yaranıb. Bu məqamda gəlinin atası araya girərək "Bizim yanımızda qızıma qışqıra bilməzsən" sözləri ilə oğlana iradını bildirib.

Bundan hiddətlənən kürəkən arvadını və qayınatasını öldürüb, qayınanası Sultan Ülnükıraneri (52) isə ağır yaralayıb.

Polisə təslim olan Ertuğrulun dindirilməsi davam edir. Yaralı qayınanası isə həkimlərin nəzarəti altındadır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənipərəst keçmiş senatora 11 il həbs cəzası verildi

İslam Qəriblinin biznesmen oğlunun meyiti TAPILDI -Üzərində külli miqdarda PUL OLUB
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi