SOCAR yeni kompleks tikəcək
11 Noyabr 2026, 01:00
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
552
28.05.2026, 16:29
Son 24 saat ərzində İranın icazəsi ilə Hörmüz boğazından 26 gəmi keçib.
Oxu24.com-un məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri açıqlama yayıb.
Açıqlamada ötən gecə bir neçə gəminin qeyri-qanuni şəkildə, naviqasiya sistemlərini söndürmək və ya manipulyasiya etməklə Fars körfəzinə daxil olmağa cəhd etdiyi bildirilib.
Qeyd olunub ki, Hərbi Dəniz Qüvvələrinin radio xəbərdarlıqlarından sonra iki gəmi dayandırılıb, digərləri isə geri qayıtmağa məcbur olub.
Açıqlamada vurğulanıb ki, Hörmüz boğazından keçid üçün icazə və koordinasiya mütləq şərtdir və bu qaydanın pozulması müdaxilə kimi qiymətləndiriləcək.
Bildirilib ki, Hörmüz boğazının idarə edilməsi və nəzarət yalnız SEPAH Hərbi Dəniz Qüvvələrinin səlahiyyətindədir və istənilən pozuntu ciddi cavabla qarşılanacaq.
SEPAH həmçinin gecə baş verən hadisələrə də münasibət bildirib. Qeyd olunub ki, ABŞ ordusu atəşkəsi pozaraq, Bəndər-Abbas aeroportu ətrafında boş ərazilərə bir neçə mərmi atıb. Qurumun məlumatına görə, bu hücum nəticəsində insan tələfatı və ya maddi ziyan qeydə alınmayıb. Cavab olaraq isə hücumun mənbəyi olan ABŞ qüvvələrinin hərbi hava bazasına zərbə endirilib. Sonda o da qeyd olunub ki, bu cür hallar təkrarlanacağı təqdirdə, İranın cavabı daha sərt olacaq.
11:16 / 11 Noyabr 2026
6
11:13 / 11 Noyabr 2026
22
11:11 / 11 Noyabr 2026
27
11:06 / 11 Noyabr 2026
37
10:56 / 11 Noyabr 2026
146
10:51 / 11 Noyabr 2026
64
10:48 / 11 Noyabr 2026
53
10:45 / 11 Noyabr 2026
66
10:33 / 11 Noyabr 2026
67
10:19 / 11 Noyabr 2026
72
10:13 / 11 Noyabr 2026
70
10:10 / 11 Noyabr 2026
80
10:10 / 11 Noyabr 2026
233
10:09 / 11 Noyabr 2026
135
09:56 / 11 Noyabr 2026
77
09:37 / 11 Noyabr 2026
829
09:35 / 11 Noyabr 2026
113
09:29 / 11 Noyabr 2026
92
09:25 / 11 Noyabr 2026
101
09:24 / 11 Noyabr 2026
87
09:22 / 11 Noyabr 2026
120
09:20 / 11 Noyabr 2026
98
08:58 / 11 Noyabr 2026
149
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.