Dünyanın 18 ölkəsində qızmar istilər səbəbiylə fövqəladə vəziyyət elan edilib.
Oxu24.com xəbər verir ki, bu barədə “The Climate Emergency Declaration” təşkilatı məlumat yayıb. Bildirilib ki, fövqəladə vəziyyət ümumilikdə 850 vilayəti əhatə edir. Həmin ölkələr arasında ABŞ, Almaniya, Fransa, Belçika, İtaliya, Yeni Zelandiya və digərləri var.
Qızmar istilərin fəsadları barədə əhaliyə xəbərdarlıq edilib. Əksər ölkələrdə temperatur göstəricisi 40 dərəcəni ötüb. Anomal istilərin bir neçə gün davam edəcəyi proqnozlaşdırılır. Qeyd edək ki, iyul ayı son 130 ilin ən isti ayı olduğu bildirilir. Sonuncu dəfə belə anomal istilər 1880-ci ildə müşahidə olunub. Oxu24.com
ŞƏRHLƏR