Qaynar xətt:

(+99450) 247 90 86

Feysbuka rekord CƏRİMƏ

2019-07/1563979997_maxresdefault-82.jpg

DÜNYA

709

24.07.2019, 18:54

\"\" ABŞ-ın Ticarət üzrə Federal Komissiyası Feysbuk şirkətini 5 milyard dollar məbləğində cərimələyib.
Bu barədə qurumun rəsmi saytından bəyanat yayılıb. “Feysbuk İnc”5 milyard dollarlıq rekord məbləğdə cərimə ödəyəcək, həmçinin yeni məhdudiyyətləri yerinə yetirmək və korporativ quruluşunu dəyişmək öhdəliyi daşıyacaq”, – məlumatda deyilib.
Qeyd edək ki, 2018-ci ildə “Nyu York Tayms” nəşri seçki kampaniyası zamanı Donald Trampla əməkdaşlıq edən Britaniyanın “Kembric Analitik” şirkətinin qanunsuz olaraq sosial şəbəkənin 50 milyon istifadəçinin məlumatlarını əldə etdiyini yazmışdı. Bundan sonra Massaçusets ştatının Baş Prokurorluğunda “Feysbuk” və “Kembric Analitik” barədə araşdırma başladılmışdı.