Qaynar xətt:

(+99450) 247 90 86

Qarabağda erməni hərbçi öldü

2019-07/1563953747_ermeni-esger-oldu.jpg

DÜNYA

874

24.07.2019, 11:35

\"\"  Azərbaycanın işğal olunmuş Qarabağ ərazisində erməni hərbçi ölüb.
“Sputnik Ermənistan” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, iyulun 23-dən 24-nə keçən gecə Qarabağda qoşunların təmas xəttinin cənub sahələrinin birində 2000-ci il təvəllüdlü Volodya Hamletoviç Qaloyan qeyri-müəyyən şəraitdə odlu silahdan açılan atəş nəticəsində yaralanıb və həyatını itirib.