Qaynar xətt:

(+99450) 247 90 86

Bu ölkələr "Eurovision-2026"dan imtina etdi - ŞOK SİYAHI

Bu ölkələr \"Eurovision-2026\"dan imtina etdi - ŞOK SİYAHI

DÜNYA

264

11.05.2026, 21:03

"Eurovision-2026" mahnı müsabiqəsi ətrafında yaranan siyasi qalmaqal yeni mərhələyə qədəm qoyub. BBC-nin yaydığı son məlumata görə, beş Avropa ölkəsi — İrlandiya, İspaniya, Niderland, Sloveniya və İslandiya bu il Vyanada keçirilən müsabiqədə iştirakdan rəsmən imtina ediblər.

Oxu24.com  xəbər verir ki, İrlandiya, İspaniya və Sloveniya yayımçıları nəinki iştirakdan, həm də müsabiqənin öz ölkələrində yayımlanmasından imtina etdiklərini təsdiqləyiblər. Bu qərarın əsas səbəbi kimi İsrailin builki yarışmaya qatılmasına qarşı yaranan genişmiqyaslı boykot dalğası göstərilir.

Sözügedən ölkələr bu addımı bölgədə davam edən hərbi münaqişələrə etiraz əlaməti olaraq atdıqlarını bildiriblər.

Buna baxmayaraq, Avropa Yayım Birliyi (EBU) müsabiqənin planlaşdırıldığı kimi davam edəcəyini açıqlayıb. İsrailin də təmsil olunduğu "Eurovision-2026" 12–16 may tarixlərində Avstriyanın paytaxtı Vyanada baş tutur. Boykotların müsabiqənin reytinqinə və səsvermə nəticələrinə necə təsir edəcəyi isə dünya mediasının diqqət mərkəzindədir.