Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1603
az

Düşmənin dezinformasiya taktikası: Ermənistan cəbhə xəttində təxribatlara hazırlaşır -

13:3310 May, 2018
2665
DÜNYA
  • A
Yaxın günlərdə Azərbaycan ordusunun cəbhə xəttində guya canlı qüvvə və texnikadan ibarət qoşun cəmləşdirməsi barədə erməni mətbuatının təşviş içərisində yaydığı görüntülərə, işğal altında olan Qarabağın Xocavənd istiqamətindəki qanunsuz hərbi birləşmələrdən birinin (2-ci müdafiə rayonu, hərbi hissə 36534) komandiri polkovnik Qeğam Qabrielyan qorxu içərisində münasibət bildirib.

Ordu.az saytı Qabrielyanın erməni mətbuatına verdiyi müsahibəsindən əsas hissələri təqdim edir:

Qabrielyan iddia edir ki, aprelin 21-dən 25-ə kimi Azərbaycan ordusuna məxsus texnikaların iri həcmli hərəkəti qeydə alınıb: "21 aprel tarixindən 25 aprel tarixinədək düşmən (Azərbaycan ordusu nəzərdə tutulur-red.) texnikasının iri həcmli hərəkəti qeydə alınıb. Cavabdehlik daşıdığı müdafiə zolağında düşmənin 30 piyada döyüş maşını, zirehli texnika, 15 tank, 18 qoşqulu artilleriya divizionu cəmləşdirilib. Qoşunların hərəkəti aprelin 29-da yenidən fəallaşıb. Cəbhə xəttinə "Spayk" tipli tankəleyhinə raket kompleksləri, qoşquda 10-15 top gətirilib. 1 may tarixində yaxınlıqdakı təlim mərkəzində Azərbaycan ordusunun 250-300-dək hərbi qulluqçusu cəlb edilməklə, döyüş atışlı təlimlər keçirdiyi barədə məlumat daxil olub".

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının qoşunların təmas xəttinə yaxın ərazilərdə guya Azərbaycan Ordusunun canlı qüvvə və hərbi texnikasının cəmləşməsi ilə əlaqədar yaydığı videonun növbəti təxribat olduğunu bildirib. Nümayiş etdirilən kadrların Azərbaycan Ordusunun planlı surətdə keçirdiyi təlimlərdə qoşunların yerdəyişməsi zamanı uzaq məsafədən və müxtəlif rakurslardan çəkilərək montaj edildiyi qeyd edilib.

"Cəbhə xəttinə gətirilən texnika öncədən hazırlanmış, təchizatlanmış mövqelərə yerləşdirilib. Gün ərzində hücum tərkibli məşqlər, kolon şəklində maşınsürmə məşğələləri keçirirlər. Rəqib hər an kəskin addımlara əl ata bilər.

Silahlanmaya yeni tank əleyhinə vasitələr (böyük ehtimalla "Kornet"lər nəzərdə tutulur-red.) daxil edilib, artilleriya silahlarının dərinliyə doğru atəş imkanları genişləndirilib. Kəşfiyyat aparılması imkanlarını gücləndirilib və döyüş növbətçiliyinə cəlb edilən müşahidə məntəqələrinin sayı artırılıb. Çevik reaksiya artilleriya, tankəleyhinə, motoatıcı bölmələr hazır vəziyyətdə saxlanılır. Hazırda rəhbərlik etdiyim hərbi hissə komanda qərargah məşqlərinə cəlb edilib. Fasiləsiz rabitə təminatı diqqət mərkəzində saxlanılır", -deyə Qabrielyan qeyd edib.

Qabrielyanın açıqladığı məlumatlardan düşmənin daim qorxu içində olduğu məlum olur. Bununla yanaşı, cənub istiqamətdə yerləçən düşmən bölmələrinin böyük ehtimalla "Kornet-E" TƏİR kompleksləri ilə təchiz edildiyini aşkara çıxır. Baş verən son təlimlərin əsasən, müntəzəm olaraq cənub istiqamətində keçirildiyini nəzərə alarsaq, düşmənin həmin əraziyə əlavə qüvvələr cəmləşdirməsini deyə bilərik.

Aprel ayının son həftəsində, işğal altında olan Qarabağda Ermənistan Silahlı Qüvvələrinin qanunsuz hərbi hissələrinin birində xüsusi təyinatlı bölmələrin və ştat üzrə olan snayperlərin 5 günlük toplanışlarından sonra yekun atış yoxlamaları keçirilib. Xocalı şəhərinin ətrafında yerləşdiyi ehtimal edilən "Asparez" təlim mərkəzində keçirilən yekun yoxlama mərhələsində qanunsuz hərbi birləşmə "komandiri" general-leytenant Levon Mnatsakanyan da iştirak edib.

Azərbaycan odusunun cəbhədə gündəlik və plan üzrə həyata keçirdiyi tədbirlərdən qorxuya düşən Ermənistan, keçmiş döyüşçüləri və veteranları cəbhəboyu döyüş növbətçiliyinin təşkili və aparılmasına cəlb edib.

Həftə ərzində Xankəndində yerləşən polkovnik Artyom Arakelyanın rəhbərlik etdiyi qanunsuz hərbi hissənin şəxsi heyəti də döyüş atışlı təlimə cəlb edilib. Bölüyün tank bölmələrinin döyüş atışlı təlimi Ağdamın işğal altında olan Uzundərə adlanan ərazisində keçirilib.

Daha sonra Qabrielyan guya Ordumuzun cənub isiqamətində daha çox cəmləşdildiyini bildirir: "Azərbaycan ordusunun texnika və canlı qüvvəsi cəbhənin digər sahələri ilə müqayisədə əsasən bu ərazidə cəmləşdirilib. Qoşunlar əsasən taktiki cəhətdən əlverişli olan təpənin arxasında cəmləşdirilib. İstər mövqelərin, istərsə də düzülüş quruluşuna görə bu təpə 2016-cı ildə itirilən Lələ Təpəyə bənzərdir. Yenidən 4 günlük müharibənin taktikasına əl ata biləcəklərini istisna etmirəm. Həmçinin bu istiqamətdə qoşun cəmləşdirilməsinin aldadıcı manevr daşıya biləcəyini də istisna etmirəm. Yəni çalışırlar ki, bizi burada çaşdırıb, planlaşdırılmış tədbiri başqa bir istiqamətdə həyata keçirsinlər".

Təsadüfi deyil ki, mayın ilk həftəsində, işğal altında olan Qarabağda qanunsuz hərbi birləşmənin “rəhbər” heyəti də cəlb olunmaqla, qoşunların təmas xəttindəki əməliyyat vəziyyətinə həsr edilmiş müşavirə keçirilib.

Ermənistanın Qarabağdakı işğalçı komandanlığı Füzuli-Cəbrayıl-Xocavənd istiqamətindəki qoşunların təmas xəttində olub. Qoşunların təmas xəttinin qeyd olunan istiqamətində yerləşən, təşvişə düşmüş hərbi birləşmə (diviziya) komandiri polkovnik Cəlal Harutyunyan müsahibəsində bildirib ki, ehtiyat məqsədilə qoşunların cəmləşməsinə və daim hazır olmasına ehtiyac var.

Düşmən işğal altında olan Qarabağın cənub istiqamətindəki qanunsuz hərbi birləşmənin (Füzuli-Cəbrayıl istiqaməti) bir sıra hərbi hissələrində nəzarət və təlim metodiki məşğələlər keçirib. Xüsusi komissiyanın nəzarəti altında həyata keçirilən təlim metodiki tədbirləri general-leytenant Levon Mnatsakanyan da izləyib.

Bu günlərdə qanunsuz hərbi birləşmənin əlahiddə artilleriya briqadasının bölmələri batareya tərkibində cəlb edilməklə döyüş atışlı təlim keçirib. Artilleriya briqadasının komandiri polkovnik Qriqori Sahakyan təlimdə gedişatı barədə təxribatçı açıqlamalar verib.

Düşmənin cəbhə xəttində baş verən fəaliyyətlərini və Qabrielyanın məlumatlarını müqayisə edərsək, əslində düşmənin fəal şəkildə təxribatlara hazırlaşdığını görərik. Bir həftə öncə yayılan məlumatlar Ermənistan daxili cəmiyyətinin diqqətini yayaındırmaq üçün düşünülürdüsə, hazırkı bəyanatlar planlaşdırılan təxribatlara haqq qazandırmaq üçün səsləndirilir.

Alpər Mövludoğlu 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Norveçdə qatarların hərəkəti tamamilə dayandırıldı - SƏBƏB
Bu ölkə də qarışır – “Ərəb baharı” alovlanır
Bu tarixdə süni intellekt insanların yerinə keçəcək

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı