Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov vəfat edib.
Oxu24.com xəbər verir ki, bu barədə "Говорит Москва" məlumat yayıb.
Bu barədə sözügedən KİV-ə politoloq, Avrasiya Problemləri Monitorinq Mərkəzinin direktoru Aslan Rubaev məlumat verib.
"Mənə məlumat verən insanlar Aşqabadda yaşayırlar. Onlar biznesmendirlər. Mən soruşanda ki, bu doğru məlumatdır? Cavab verdilər ki, xüsusi xidmətdə çalışan tanışları var. Onlar məlumat verirlər ki, bu, onun məzuniyyətə çıxdığı baş verib", - deyə Rubaev bildirib.
İylun 15-də məzuniyyətə çıxan Berdiməhəmmədov ölüm xəbəri rəsmi şəkildə nə təsdiq, nə də təkzib olunub.
Qeyd edək ki, Qurbanqulu Berdiməhəmmədov 29 iyun 1957-ci ildə anadan olub. O, 1995—1997 illərdə Türkmənistan Səhiyyə və Tibb Sənayesi Nazirliyinin Stomatologiya mərkəzinin müdiri vəzifəsində çalışıb. 1997-ci ildə isə ölkənin Səhiyyə və Tibb Sənayesi naziri təyin edilib. 2001-ci ildə isə Nazirlər Komitəsinin sədrinin müavini olub
Türkmənistanın birinci Prezidenti Saparmurat Niyazovun vəfatından sonra Dövlət Şurasının qərarı ilə Prezidentin səlahiyyətlərini icra edib.
11 fevral 2007-ci il tarixində keçirilmiş prezident seçkilərində 89,23 faiz səslə qalib olub. O, 2017-ci ildə keçirilən prezident seçkilərində seçicilərin 97,69 faizinin səsini toplayaraq yenidən prezident seçilib.
Oxu24.com
ŞƏRHLƏR