Qaynar xətt:

(+99450) 247 90 86

İraqın yeni prezidenti o oldu 

İraqın yeni prezidenti o oldu 

DÜNYA

73

11.04.2026, 21:33

İraq parlamentində keçirilən prezident seçkilərinin ikinci turu başa çatıb.

Oxu24.com  “Tasnim”ə istinadən xəbər verir ki, səsvermənin nəticələrinə görə, Kürdüstan Vətənpərvərlər İttifaqının (PUK) namizədi, kürd əsilli Nizar Amidi ölkənin yeni prezidenti seçilib.

Məlumata görə, gərgin keçən ikinci turda ümumilikdə 249 deputat iştirak edərək səs verib. N. Amidinin əsas rəqibi “Kürd İslam İttifaqı” Partiyasının üzvü Müsənna Əmin olub.

Qeyd edək ki, namizədlərdən heç biri birinci turda tələb olunan üçdə iki səs çoxluğunu (220 səs) qazana bilmədiyi üçün səsvermə ikinci tura qalıb. İkinci turda isə sadə səs çoxluğu ilə Nizar Amidi rəqibini geridə qoyaraq İraqın dövlət başçısı postuna sahib çıxıb.

Xatırladaq ki, İraqın hazırkı prezidenti Əbdüllətif Rəşid seçkilərdə iştirakdan imtina etdiyini açıqlamışdı.

Məlumat üçün bildirək ki, Nizar Amidi 2022-2024-cü illərdə İraqın ətraf mühit naziri vəzifəsində çalışıb.