Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15716
az

Xərçəng və QİÇS-in müalicəsini tapan həkim müəmmalı şəkildə öldürüldü – DÜNYA ŞOKDA

14:5015 İyul, 2019
847
DÜNYA
  • A
 Araşdırmaçı həkim Bradstreetin klinikasına basqın edilib.

Oxu24.com  xəbər verir ki, onun araşdırmaları götürüldükdən sonra bir çayda ölü tapılıb.
Xərçəng, AİDS, Autizm kimi xəstəliklərin dəqiq çarəsini tapmağa yaxınlaşan Dr. Bradstreet sinəsindən vurularaq öldürülüb. Bildirilir ki, həkimin araşdırması yaxşı gedirmiş və uğurlu nəticələrin əldə edilməsi yaxın imiş. 24 həftəlik bir müalicə müddətində 20 min dollara yaxın maliyyə xərclənib, 85 % uğurlu nəticə verən tətqiqatın daha çox uğurlu ola biləcəyi təsdiqlənmişdi.

ABŞ qida və dərman idarəsi isə həkimin bu araşdırmasını qanunauyğun hesab etmirdi. İstifadə etdiyi dərmanları isə təsdiqlənməmiş hesab edirdilər. Lakin bu müalicə üsulu təsdiqini tapmasa da, Yaponiya daxil olmaqla, bir çox ölkədə olduqca uğurlu nəticə verib. Bundan sonra beynəlxalq səviyyədə "xərçəng üçün şəfa üsulu” olaraq elan edilib.

Bu həkimin müalicə metodu ilə bir çox xəstəliklər müalicə edilə bilir. Onun müəmmalı ölümünün təfərrüatı isə gizlin saxlanılıb. Həkimin ailəsi belə bu barədə məlumatlandırılmır. Ailənin məhkəməyə ölüm səbəbi barədə tələbləri isə nəticəsiz qalır.

Bu ölüm araşdırmaçı həkimlərlə bağlı bir faktı yenidən diqqət mərkəzinə çıxarıb. Keçmiş vaxtlardan ciddi xəstəliklər üzərində aparılan araşdırmaların nəticəsi tibdə inqilab etməyə yaxınlaşanda tədqiqat müəmmalı şəkildə dayandırılır, həmin araşırmanı aparan həkimlər isə müəmmalı şəkildə ölü tapılır.


(medicina.az) Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Messini tənqid etdi: "Çıxış yolunu tapmalıydın"
Kanadanın Baş naziri istefasını açıqladı
İranda güclü zəlzələ oldu

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Qaxda "Vito" ağaca çırpıldı- Xəsarət alanlar var