Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15708
az

Rusiyada Azərbaycan vətəndaşı miqrantların müvəqqəti saxlama mərkəzində ölüb

12:1515 İyul, 2019
498
DÜNYA
  • A
 
Rusiyada, Tatarıstanın Nabrejnıe Çelnı şəhərində 55 yaşlı Azərbaycan vətəndaşı xarici vətəndaşların müvəqqəti saxlama mərkəzində ölüb.

APA-nın Rusiya bürosunun verdiyi xəbərə görə, bu barədə “Kazanfirst” saytı məlumat yayıb.

Məlumata əsasən, müvəqqəti saxlama mərkəzində iyulun 13-də axşam saat 21 radələrində 55 yaşlı kişi meyiti tapılıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, o, Azərbaycan vətəndaşıdır.


Ölümündən öncə mərhumun qarnında əmələ gələn ağrılardan şikayət etdiyi bildirilir.

Faktla bağlı məhkəmə tibbi-ekspertizası təyin olunub, hazırda Azərbaycan vətəndaşının hansı səbəbdən öldüyü araşdırılır. Araşdırmalar zamanı o da məlum olub ki, Rusiya miqrasiya qanunvericiliyini pozan Azərbaycan vətəndaşı ölkədən deportasiya olunmaq üçün miqrantların müvəqqəti saxlama mərkəzinə yerləşdirilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Messini tənqid etdi: "Çıxış yolunu tapmalıydın"
Moldovaya Dnestryanı problemi güc yolu ilə həll etməmək barədə xəbərdarlıq edilib
Konqres Trampı ABŞ seçkilərinin qalibi elan edib

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Qaxda "Vito" ağaca çırpıldı- Xəsarət alanlar var