Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15700
az

16 yaşlı Namiq Qazaxıstanda faciəvi şəkildə öldü

10:3615 İyul, 2019
725
DÜNYA
  • A
 

Qazaxıstanın Kostanay şəhərinin regional uşaq xəstəxanasında 16 yaşlı azərbaycanlı Namiq Şirinov dünyasını dəyişib.

“Qafqazinfo”nun “Kazakhstan Today”ə istinadən verdiyi xəbərə görə, yeniyetmənin üzərinə iyunun 28-də futbol meydançasında darvaza aşıb.

Xəstəxanaya yerləşdirilən Şirinova həkimlər qaraciyərin yırtılması və güclü retroperitoneal hematom diaqnozu qoyublar.

Bu gün o, paytaxt Nur-Sultanda özəl klinikaya yerləşdirilməli imiş. Lakin keçirdiyi 5 əməliyyata baxmayaraq həyatını itirib.  

N. Şirinov dəfn olunmaq üçün Azərbaycana gətiriləcək. Şəhərin bələdiyyə rəhbəri Kayrat Ahmetov cənazənin Bakıya gətirilməsi üçün bütün xərcləri öz üzərinə götürüb.

Qeyd edək ki, faktla bağlı “səhlənkarlıq” maddəsi üzrə cinayət işi açılıb. İstintaq davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Messini tənqid etdi: "Çıxış yolunu tapmalıydın"
Moldovaya Dnestryanı problemi güc yolu ilə həll etməmək barədə xəbərdarlıq edilib
Konqres Trampı ABŞ seçkilərinin qalibi elan edib

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Qaxda "Vito" ağaca çırpıldı- Xəsarət alanlar var