Qaynar xətt:

(+99450) 247 90 86

Kardaşyanın porno videolarından gələn pul hesabına tikilən qondarma "soyqırımı abidəsi" yanır

2019-07/1563170234_kim-kardashian-armenia-letter-memorial.jpg

DÜNYA

1746

15.07.2019, 09:57

  İrəvandakı qondarma soyqırım abidəsi alovların mühasirəsində qalıb.
Femida.az xəbər verir ki, ölkə saytlarının yaydığı məlumata görə, iyulun 14-ü saat yerli vaxtla saat 20:24-də xilasetmə xidmətinə “Sisernakaberd” adlanan qondarma “soyqırım” abidəsi ətrafındakı otluqda yanğın başlaması haqda xəbər daxil olub. Əraziyə 6 yanğınsöndürən briqadası yollanıb. Xəbərdə deyilir ki, alovun söndürülməsi üçün yanğınsöndürənlərdən əlavə, Ermənistan milli böhran mərkəzinin operativ qrupları da cəlb edilib. Əməliyyata işğalçı ölkənin Fövqəladə Hallar naziri Feliks Çolakyan özü rəhbərlik edir. Son məlumatlara görə, üzdəniraq abidə ətrafındakı yanğın hələ də tam söndürülməyib. Artıq 20 hektardan çox sahə yanıb.