London tələbələr üçün dünyanın ən əlverişli şəhəridir.
“QS Quacquarelli Symonds” təşkilatının “ən yaxşı tələbə şəhərləri reytinqinin” sayca beşinci nəşrində İngiltərənin paytaxtı ilk dəfə olaraq liderliyə yüksəlib.
İctimai sorğularda London şəhəri ən yüksək göstəriciləri qazanıb. Tələbələr təhsil və yaşayış şəraitinin yüksək olduğunu və təhsili başa vurduqdan sonra şəhərə geri dönmək istədiklərini bildirib.
Reytinqə görə ikinci ən yaxşı tələbə şəhəri Tokyodur. Melburn cədvəldə üçüncülüyü tamamlayır.
Reytinq hazırlanan zaman başlıca olaraq altı parametr: maliyyə imkanları, işə götürənlərin aktivliyi, cəlbedicilik, tələbələrin çoxmillətliliyi, təhsil ocaqlarının reytinqi, tələbələrin rəyi nəzərə alınıb. Oxu24.com
ŞƏRHLƏR