Qaynar xətt:

(+99450) 247 90 86

Səfər öncəsi şok tapşırıq: Telefonlar evdə qalmalıdır!

Səfər öncəsi şok tapşırıq: Telefonlar evdə qalmalıdır!

DÜNYA

84

28.03.2026, 20:30

Avropa Parlamentinin gələn həftə Çinə səfər edəcək deputatlarına birdəfəlik telefonlardan istifadə etmələri və şəxsi cihazlarını evdə saxlamaları tövsiyə olunub.

Oxu24.com  xəbər verir ki, bu barədə "Politico" nəşri nümayəndə heyətinin iki üzvünə istinadən məlumat yayıb.

Bildirilir ki, doqquz avropalı deputat bazar ertəsindən cümə axşamadək Pekin və Şanxaya səfər edəcək. Səfər rəqəmsal texnologiyalar və elektron ticarət mövzusuna həsr olunub. Bu, son səkkiz ildə Avropa Parlamentinin Çinə ilk rəsmi səfəridir.

Son illərdə Çin kiber-casusluğu ilə bağlı narahatlıqlar xeyli artıb. Avropa qurumları və şirkətlərinə qarşı Çin mənşəli haker hücumlarının sayının artdığı qeyd olunur.

Avropa Parlamentindən bildirilib ki, deputatların və əməkdaşların təhlükəsizliyi üçün bütün zəruri tədbirlər görülüb. Bu tədbirlərə xüsusi brifinqlər, təlimlər və texniki dəstək daxildir. Qeyd edək ki, əvvəllər də səfərlər zamanı birdəfəlik telefonlardan və qoruyucu vasitələrdən istifadə olunub, digər Aİ qurumları da kiber-casusluğa qarşı müdafiə tədbirlərini gücləndirib.