Qaynar xətt:

(+99450) 247 90 86

Tramp və İran Avropanı böldü: Berlin və Varşava arasında kəskin ritorika

Tramp və İran Avropanı böldü: Berlin və Varşava arasında kəskin ritorika

DÜNYA

106

25.03.2026, 22:07

Avropa liderləri ABŞ-ın İrandakı hərbi fəaliyyətlərini və Donald Trampın siyasətini getdikcə daha sərt şəkildə tənqid etməyə başlayıblar. Almaniya prezidenti Frank-Valter Ştaynmanın ABŞ-ın Körfəzdəki müharibəsini “siyasi fəlakətli səhv” və beynəlxalq hüququn pozulması adlandırması transatlantik münasibətlərdə gərginliyi pik həddə çatdırıb.

Oxu24.com xəbər verir ki, müzakirələrdə iki fərqli cəbhə aydın görünür:

1. Almaniya və Cənubi Avropa: “Strateji muxtariyyət” tərəfdarları Ştaynmayen Avropanı ABŞ-dan asılılığı dayandırmağa və müdafiə sahəsində suverenliyə nail olmağa çağırıb. Silvana Kox-Mehrin qeyd edib ki, Avropa ölkələrinin əksəriyyəti İrana qarşı müharibəni pisləyir. İspaniya bu məsələdə ən sərt mövqe tutsa da, İtaliya daha mülayimdir. Onun sözlərinə görə, terrorla mübarizə müharibə üçün əsas deyil və İran suveren dövlətdir.

2. Polşa: “Şər oxu” xəbərdarlığı Polşa Senatının vitse-spikeri Mixal Kaminski isə Qərbi Avropanı “infantillikdə” ittiham edib. O, İranın 4000 km mənzilli raketlərinin artıq Berlin, London və Romanı hədəf ala biləcəyini xatırladıb:

“Rusiya və İran vahid ‘şər oxu’dur. Qərbi Avropa qonşularımız hər an yeni bir ‘Ribbentrop-Molotov’ paktı imzalamağa hazırdırlar”.

Kaminski vurğulayıb ki, SEPAH-ı terror təşkilatı siyahısına salan Avropa indi onunla müharibə aparan ABŞ-ı tənqid etməklə ziddiyyətə düşür.

Ukrayna və Gələcək Müzakirədə Ukraynanın taleyi də diqqət mərkəzində olub. Kaminski inandığını bildirib ki, Ukrayna mütləq Qərbin bir hissəsi olacaq və hətta Macarıstanın baş naziri Viktor Orban belə Trampın iradəsinə qarşı çıxaraq Ukraynanın AB rəhbərliyinə mane ola bilməyəcək.KONKRET.az