Qaynar xətt:

(+99450) 247 90 86

Anasının dişlədiyi qız xəstəxanalıq oldu

Anasının dişlədiyi qız xəstəxanalıq oldu

DÜNYA

848

12.07.2019, 21:46

\"\" Rusiyanın Sankt-Peterburq şəhərində xəstəxanaya yerləşdirilən 8 yaşlı qıza anasının xəsarət yetirdiyi məlum olub. Qadın övladını möhkəm dişləyib. Oxu24.com xəbər verir ki, uşaq xəstəxanada onu bu hala anasının saldığını deyib. Həkimlər polisə məlumat verib. Polis araşdırma aparır.
Övladını dişləyib xəsarət yetirmək halı son aylar Rusiyada, eyni zamanda Sankt-Peterburqda ikinci dəfə baş verir. İyunda bu şəhərdə iki azyaşlı qardaşları anası dişləyərək cəzalandırmışdı. Uşaqlar xəstəxanaya bədən yarası, yüksək temperaturla çatdırılmışdı. Böyük qardaşın dediyinə görə, anası onu çox yediyinə görə dişləyirmiş. Uşaq anasının hətta onun qasıq nahiyəsindən də dişlədiyini iddia edirdi.