Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ: İran ordusu Britaniya gəmisinə HÜCUM ETDİ

SON DƏQİQƏ: İran ordusu Britaniya gəmisinə HÜCUM ETDİ

DÜNYA

1118

11.07.2019, 10:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\"  Hörmüz boğazının şimalında iranlı hərbçilər Böyük Britaniyaya məxsus neft gəmisinə hücum edib.
Redaktor.az BBC-yə istinadən xəbər verir ki, bu barədə amerikalı rəsmilər açıqlama verib. Məlumata görə, iranlı hərbçilər 5 qayıqla hərəkətə keçərək, neft gəmisini ələ keçirməyə çalışıb.
Lakin bölgədə olan krallığa məxsus hərbi gəmilər dərhal əraziyə cəlb edilib. Onların xəbərdarlığından sonra iranlı əsgərlər geri çəkilmək məcburiyyətində qalıb. Britaniyanın Müdafiə Nazirliyi məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Xatırladaq ki, ötən həftə Böyük Britaniyanın İrana məxsus neft gəmisini Cəbəli-Tariq sahillərində ələ keçirəndən sonra tərəflər arasında vəziyyət gərginləşib.