Qaynar xətt:

(+99450) 247 90 86

İran Putindən yardım istəyib? — Rəsmi açıqlama gəldi 

İran Putindən yardım istəyib? — Rəsmi açıqlama gəldi 

DÜNYA

148

05.03.2026, 18:59

İran Putindən yardım istəyib? — Rəsmi açıqlama gəldi

Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı vaxtda Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, İran tərəfi hərbi yardım da daxil olmaqla hər hansı dəstək üçün Moskvaya rəsmi müraciət etməyib.

Oxu24.com  xəbər verir ki, hazırda ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda Rusiyanın mövqeyi dünyada böyük maraqla izlənilir. Peskov TASS agentliyinə müsahibəsində bu məsələyə aydınlıq gətirərək vurğulayıb ki, hazırda masada belə xahiş yoxdur.

İki ölkə arasında 2025-ci ildə imzalanan stratejik tərəfdaşlıq sazişi də bu məqamda yenidən gündəmə gəlib. Sənədin detalları göstərir ki, orada tərəflərin bir-birinə mütləq şəkildə hərbi yardım etməsi barədə öhdəlik nəzərdə tutulmayıb. Rusiya rəsmiləri Tahranla yaxın münasibətləri qoruduqlarını desələr də mövcud razılaşmaların avtomatik hərbi müdaxilə və ya icbari müdafiə bəndini ehtiva etmədiyini bildirirlər.

Rusiyanın hazırkı mərhələdə birbaşa hərbi müdaxilə planı görünmür. Moskva bölgədəki hadisələri daha çox diplomatik kanallar vasitəsilə izləməyə üstünlük verir.

Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları bölgədə vəziyyəti kəskinləşdirib. İran tərəfi bu hücumlara İsrailə raketlər atmaqla cavab verib. Hadisələrin gedişində İranın dövlət televiziyası ali dini lider Ayətullah Xameneinin öz ofisində öldürüldüyü barədə məlumat yayıb. Bu xəbərlə əlaqədar ölkədə 40 günlük matəm və 7 günlük qeyri-iş günü elan edilib.

Gərginlik Azərbaycan sərhədlərinə də sıçrayıb. Martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. Hücum zamanı "Arash-2" tipli pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir. PUA-lardan biri Naxçıvan Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb.

Hava limanına düşən dron binaya ciddi zərər vurmaqla yanaşı iki mülki şəxsin xəsarət almasına səbəb olub. Hadisə yerində araşdırmalar aparılır və təhlükəsizlik tədbirləri gücləndirilib. Bölgədəki hərbi aktivlik və siyasi qeyri-müəyyənlik davam edir.Demokrat.az