Uqandanın Yelizaveta milli parkında leopard polis əməkdaşının 3 yaşlı oğlunu yeyib.
Oxu24.com teleqraf.com-a istinadən bildirir ki, bu barədə "The Independet" məlumat yayıb.
Xəbərə görə, insident mayın 4-də baş verib. Uşaq dayənin nəzarətində Edvard gölünün yaxınlığındakı Ovçular evində olub. Qadın evdən çıxan körpəni görməyib. Az sonra uşağın səsini eşidib.
Dayə köməyə çalışsa da, körpəni xilas edə bilməyib. Leopard 3 yaşlı uşağı götürərək gözdən itib.
Axtarışların nəticəsində uşağın başı tapılıb. Rəsmilər Leopardın tutulması və qəfəsdə saxlanılmasına qərar veriblər.
"İnsan əti yedikdən sonra heyvan bunu yenidən etmək istəyəcək",-deyə Dövlət Təbiət Mühafizəsi Təşkilatının nümayəndəsi Başir Hanqi bildirib.
Digər maraqlı xəbərlər Oxu24.com-un Facebook səhifəsində. Oxu24.com
ŞƏRHLƏR