Meksikadakı uşaq komandaları arasında keçirilən matçlardan birində futbolçuların valideynləri və qohumları tribunada dalaşıb.
Oxu24.com xəbər verir ki, matç Alamos şəhərində baş tutub.
Dava zamanı tərəflər bir-birinə qarşı zor tətbiq etmək üçün çətirdən də istifadə ediblər. Vəziyyəti belə görən baş hakim oyunu dayandırıb. Buna baxmayaraq, tərəflər arasında dava-dalaş bir neçə dəqiqə çəkib.
Oxu24.com
ŞƏRHLƏR