Arxeoloqlar Misirin Cosera piramidasında yeni kəşfə imza atıblar.
Oxu24.com ölkə.az-a istinadən bildirir ki, alimlərin fikrinə əsasən, yeraltı dünyaya aparan yol kəşf edilib. Qeyd edilir ki, yolun dərinliyi 20 metrdir və bir neçə alçaq dəhlizdən ibarətdir.
Varşava universitetinin arxeoloqu Kamil Kuraşkeviçin fikrinə əsasən, bu yol Fironun qəbir həyatına gedən yolunun üçölçülü modelidir.
Bundan başqa yolun dəhlizləri də var. Onlardan birində alimlər üzərində ilan təsviri olan ritual qarpunu tapıblar. Mütəxəssislərin fikrinə əsasən, silah fironu gözləyən təhlükələrdən birinin simvolu və ya qəbir həyatına gedən yolda müdafiə vasitəsi ola bilərdi.
Dünyasını dəyişən firon əbədi həyata qovuşmadan bir sıra çətinlik və maneələri dəf etməlidir. Əgər alimlərin ehtimalları özünü doğrultsa, dəhlizlər yeni tunellərə açılmalıdır.
Oxu24.com
ŞƏRHLƏR