Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15318
az

Moskvada sərnişinləri zəhərləyən erməni taksi sürücüsü saxlanıldı

10:4506 İyul, 2019
599
DÜNYA
  • A
 
Moskva polisi güclü təsir göstərən maddələrlə sərnişinləri zəhərləyən taksi sürücüsünü saxlayıb.

Bu barədə TASS Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volka istinadən xəbər verib.

İ.Volkun sözlərinə əsasən, bir neçə gün öncə Moskva polisinə xəstəxanalardan birinə naməlum maddə ilə zəhərlənmə əlamətləri olan kişinin çatdırılması ilə bağlı məlumat daxil olub.

Həmin şəxs sürücü tərəfindən ona təklif olunmuş suyu içdikdən sonra özünü pis hiss edib. Vətəndaş bir qədər keçdikdən sonra bank kartını itirdiyini aşkar edib. Məlum olub ki, kartından 16 min rubl (428 manat) çıxarılıb. Faktla bağlı RF CM-in 162-ci maddəsinə əsasən (“Qarət”) cinayət işi açılıb.

“Polis əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində hadisəni törədənin Moskva vilayətində yaşayan 58 yaşlı Ermənistan vətəndaşı olduğu məlum olub”, - deyə İ.Volk bildirib.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Los-Ancelesdəki yanğınlar 8 milyon insanı TƏHDİD EDİR
İsrail Azərbaycana yeni səfir təyin etdi -FOTO
Mask Los-Angeles DƏHŞƏTİNDƏN YAZDI: "Səbəbi iqlim dəyişikliyi deyil"