Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15287
az

PKK azərbaycanlıların yaşadıqları kəndlərə silahlı basqınlara başladı

14:1605 İyul, 2019
677
  • A
 PKK-nın İran qolu olan PJAK Cənubi Azərbaycanın azərbaycanlılar yaşayan kəndlərinə silahlı hücumlara başlayıb.

Virtualaz.org “Yeni Şafak” qəzetinin yazdıqlarına istinadən xəbər verir ki, PJAK yaraqlıları azərbaycanlıların yaşadıqları kəndlərin sakinlərini evlərindən qovmağa çalışır. İranın Qərbi Azərbaycan əyalətinin valisi Məhəmməd Mehdi Şəhriyari isə nəinki baş verənlərə müdaxilə etmir, üstəlik onun PKK yaraqlılarına aylıq maaş ödədiyi bildirilir.

Xəbərə görə Türkiyə silahlı qüvvələrinin həyata keçirdiyi son “Pəncə” əməliyyatı nəticəsində sıxışdırılan PKK İranın Türkiyə ilə həmsərhəd bölgəsində yerləşən, azərbaycanlılar yaşayan kəndlərə hücumlar etməyə başlayıb. Urmiyə, Xoy, Səlmas, Çaldıran və Maku vilayətlərinin onlarla kəndində yaşayan azərbaycan türkləri təhdid altındadır. Həmin kəndlərə aylardır elektrik və su verilmir, məktəblərin çoxu bağlanıb. PJAK terrorçuları kəndlərə girərək sakinləri təhdid edir.

PKK-nin kendlele basqini 7 _crop_0

PJAK-ın iki gün əvvəl həyata keçirdiyi hücum zamanı Həsən Dərgahi, Tohit Müsteşari və Əli Əskər Heydərzadə adlı üç azərbaycanlı həlak olub. Cənubi Azərbaycan Milli Oyanış Hərəkatının başqan yardımçısı Elyar Makuyi bildirib ki, İran azərbaycanlılarına qarşı təhdidlər Türkiyə ordusunun son əməliyyatlarından sonra artıb.

“PJAK terrorçuları sərhəd kəndlərinə girərək sakinləri kəndləri boşaltmağa məcbur etmək istəyir. Qərbi Azərbaycan əyalətinin kürd əsilli valisi Məhəmməd Mehdi Şəhriyari isə kəndlərin elektrik, su və digər infrastruktur xidmətlərini əngəlləyir. Daha əvvəl azərbaycanlılar əleyhinə bir çox təxribatlar həyata keçirən valini kürd əsilli daxili işlər naziri Rəhmani Fazli himayə edir”,-Elyar Makuyi bildirib.

Xəbərə görə Türkiyə ilə sərhəddəki azərbaycanlı kəndlərinə PJAK terrorçularının həmlələrinə göz yuman daxili işlər naziri bu yaxınlarda Qəndil dağlarına da baş çəkib. PKK terrorçuları ilə foto çəkdirən Rəhmani Fazli İranın bütün məzlumlar üçün “ümid yeri olduğunu” deyib.

Yerli sakinlər deyirlər ki, İranın təhlükəsizlik qüvvələri PKK terrorçularının kəndlərə həyata keçirdikləri silahlı hücumlara göz yumur.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədə zəlzələ oldu
Ərdoğan “Yaprak Dökümü”ndəki məşhur replika ilə müxalifəti TƏNQİD ETDİ
İranda dəhşətli qəza: 10 ölü, 17 yaralı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi