Qaynar xətt:

(+99450) 247 90 86

Paşinyan baş nazir oldu -

2018-05/1525773920_pasinyan-.jpg

DÜNYA

1142

08.05.2018, 14:04

\"\" Ermənistan müxalifətinin lideri Nikol Paşinyan baş nazir seçilib.

Oxu24.com -un  “Aysor.am” saytına istinadən verdiyi xəbərə görə, bu gün Ermənistan parlamentinin xüsusi iclası keçirilib.
Səsvermə zamanı 59 deputat \"Yelk” (Çıxış) fraksiyasının üzvü, ölkədə başlayan etiraz aksiyalarının lideri N. Paşinyanın lehinə, 42-si isə əleyhinə səs verib. Qeyd edək ki, mayın 1-nə təyin edilmiş xüsusi iclasda Ermənistan parlamenti N. Paşinyanın baş nazir vəzifəsinə namizədliyini qəbul etməyib. Xatırladaq ki, deputat N. Paşinyan aprelin 13-dən İrəvanda başlayan kütləvi etiraz aksiyalarına rəhbərlik edib. Aksiyaçılar sabiq prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı çıxış ediblər. Etiraz aksiyalarının nəticəsi olaraq baş nazir Serj Sarkisyan istefa verib.