Bu ərazidə güclü zəlzələ oldu
08 Fevral 2026, 22:26
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
245
08.02.2026, 20:17
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, sülh sazişinin ən mürəkkəb bəndlərinin razılaşdırılması üçün Ukrayna və Rusiya liderlərinin şəxsi görüşü zəruridir.
Oxu24.com xəbər verir ki, o, bu barədə Reuters agentliyinə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, Kiyev, Moskva və Vaşinqton arasında danışıqların əsasını təşkil edən 20 maddəlik sülh planında cəmi bir neçə məsələ açıq qalır.
Sibiqa vurğulayıb ki, Ukrayna müharibənin dayandırılması prosesini sürətləndirməkdə maraqlıdır və ABŞ Konqresində noyabrda keçiriləcək aralıq seçkiləri kimi xarici amillər danışıqlara təsir göstərməzdən əvvəl mövcud impulsdan istifadə etmək niyyətindədir.
“Bu müharibəni yalnız Tramp dayandıra bilər”, – deyə o qeyd edib.
Həmçinin oxuyun
Nazir bildirib ki, Kiyev və Moskva arasında Donbas və Zaporojye AES məsələlərində prinsipial fikir ayrılıqları qalır. Onun sözlərinə görə, Rusiya Donetsk vilayətinin Ukraynanın nəzarətində qalan hissəsinin verilməsində israrlıdır, Kiyev isə bunu qəbul etmir. Eyni zamanda Ukrayna Avropanın ən böyük atom elektrik stansiyası üzərində nəzarətin bərpasını tələb edir.
“Mənim qiymətləndirməmə görə, həqiqətən impuls var. Bu sülh səylərini konsolidasiya etməli və sürətləndirməliyik. Biz buna hazırıq”, – deyə Sibiqa vurğulayıb.
Nazirin sözlərinə görə, ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin Konqresdə ratifikasiyasına hazır olduğunu təsdiqləyib. Bu zəmanətlər gələcək sülh sazişi çərçivəsində müvafiq dəstəyi təmin edə bilər. O, həmçinin NATO-nun 5-ci maddəsinə bənzər, kollektiv müdafiəni nəzərdə tutan mexanizmə ehtiyac olduğunu bildirib. Təhlükəsizliyin əlavə elementi kimi Ukraynanın Aİ-yə üzvlüyü də nəzərdən keçirilir.
“Bu mərhələdə amerikalılar olmadan hər hansı təhlükəsizlik infrastrukturu və ya arxitekturasına inanmıram. Onlar bizim yanımızda olmalıdır və artıq prosesdə iştirak edirlər. Bu, çox böyük nailiyyətdir”, – deyə XİN rəhbəri əlavə edib.KONKRET.az
23:31 / 08 Fevral 2026
1
23:16 / 08 Fevral 2026
64
23:05 / 08 Fevral 2026
391
22:49 / 08 Fevral 2026
96
22:45 / 08 Fevral 2026
724
22:26 / 08 Fevral 2026
82
22:05 / 08 Fevral 2026
107
21:44 / 08 Fevral 2026
96
21:26 / 08 Fevral 2026
173
21:07 / 08 Fevral 2026
123
20:44 / 08 Fevral 2026
114
20:31 / 08 Fevral 2026
164
20:23 / 08 Fevral 2026
2692
19:58 / 08 Fevral 2026
194
19:37 / 08 Fevral 2026
152
19:24 / 08 Fevral 2026
248
19:03 / 08 Fevral 2026
283
18:15 / 08 Fevral 2026
222
17:45 / 08 Fevral 2026
243
17:30 / 08 Fevral 2026
323
17:26 / 08 Fevral 2026
400
17:16 / 08 Fevral 2026
342
17:13 / 08 Fevral 2026
3325
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.