Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1518
az

Tarixin ən qəddar qadınları: 42 ərini o biri dünyaya göndərib milyonçu oldu

11:2208 May, 2018
1350
DÜNYA
  • A
 Cəmiyyətdə belə fikir formalaşıb ki, silsilə qətllər törədən qatillərin hamısı kişilərdir və onlar bu cinayətləri seksual motivlərlə törədiblər. Lakin bu, belə deyil. Manyaklar arasında qadınlar da var. Törətdikləri dəhşətli cinayətlərə görə onlardan bəziləri heç də kişilərdən geri qalmır.

Sfera.az silsilə qətl törətmiş qadınlar haqda bəlkə də daha öncə heç yerdə eşitmədiyiniz həqiqətləri sizə çatdırır:

Pulemyotçu Tonka




"Pulemyotçu Tonka" ləqəbli Antonina Makarova Böyük Vətən müharibəsi illərində Lokotsk vilayətində 1500 nəfəri öldürüb.

İkinci Dünya müharibəsi başlayanda Antonina könüllü olaraq cəbhəyə gedib. Vətənə borcunu ödəyib. Lakin xidmət keçdiyi hərbi hissə mühasirəyə salınan və Əsir düşən Makarova könüllü olaraq faşistlərə xidmət etməyə başlayır. Lokotskda edam hökmlərini yerinə yetirir. Almanlardan edam üçün "maksim” pulemyotu istəyir və alır. Əsirləri pulemyotla məhv edir. Müharibənin sonunda saxta tibb bacısı sənədi düzəldir və müharibə veteranı Ginzburqa ərə gedərək soyadını dəyişir.

KQB onu çox axtarır. 1978-ci ildə ifşa olunur. Nəhayət 1979-cu ildə məhkəmənin qərarı ilə güllələnmə qərarı icra olunur.


Zəhər kraliçası


Markiza de Brenvil 1630 - 1676-cı illərdə yaşayıb. Öz atasını, qardaş bacılarını, uşaqlarını sevgilisi, kavalerist Qoden de Sent Kruanın köməkliyi ilə zəhərləyib. Sent Krua kimyaçı idi . Söhbət gəzirdi ki, markiza xəstəxanaları gəzir və oradakı kasıbları zəhərləyir.

Sonda Sent Krua sevgilisini satdı. Onu ələ verdi. Lakin gözlənilmədən 1672-ci ildə öldü. Markiza onu da o dünyaya yollayandan sonra ölkədən qaçdı .Londonda, Hollandiyada gizləndi. 1676-cı ildə onu tapıb Fransaya göndərdilər. Özünü öldürmək istəyi alınmadı. Məhkəmə istintaqında ona işgəncə verildi və Brenvil cinayətini etiraf etdi. Onun başını kəsib, cəsədini yandırdılar.


Sığortalı ər qatili


Bella Seronson Ginnes 1859-cu il noyabrın 11-də Norveçdə, Syor-Tyondelaq quberniyasında anadan olub. Ailədə səkkiz uşaqdan ən kiçiyi olub. Atası bənna idi. Ailə Tronxeym şəhərindən bir qədər aralıda, fermada yaşayırdı. 

Deyilənə görə, gənc yaşlarında Bella sevgilisindən hamilə qalır. Lakin günlərin bir günü evə qayıdarkən sərxoş kənd zadəganı ona hücum edir, təpiklə qarnına vurur, qadını döyür. Nəticədə Bellanın hamiləliyi pozulur. Məhz bundan sonra gənc qızın davranışlarında dəyişikliklər başlayır. O, fermalarda çalışaraq, Amerikaya getmək üçün pul toplayır.

Tezliklə, Bellaya əl qaldıran zadəgan müəmmalı şəraitdə həlak olur. Bella isə, nəhayət, pul toplayaraq, 1881-ci ildə Amerikaya köçür və burada xadimə işləməyə başlayır. 1884-cü ildə Bella çikaqolu Medsa Sorenson adlı şəxsə ərə gedir. Medsanın şirniyyat dükanı vardı, az-çox gəlir də gətirirdi. Lakin az keçmiş dükan yanır. Aldıqları sığorta ilə ər-arvad yeni ev alıb ora köçürlər.

Medsa və Bellanın üç qız uşaqları doğulur. Bir neçə ildən sonra hər üç qızcığaz müəmmalı şəraitdə dünyasını dəyişir. Uşaqların ölümü heç kimdə şübhə doğurmur. Qonşuların ağlına da gəlmir ki, ana öz balalarına qıya bilər. Ancaq fakt faktlığında qalır - Bella qızlarının həyatını sığortalamışdı. Onların ölümündən sonra qadın iri məbləğdə sığorta aldı.

Tezliklə, Bellanın əri də dünyasını dəyişdi. Guya o, dərman içərkən həbləri səhv salmış, nəticədə güclü zəhərlənmişdi. Bella ərinin də həyatını sığortalamışdı. Həyat yoldaşının ölümünə görə aldığı sığorta pulları ilə Bella Ginnes yeni ferma aldı. Ərinin qohumları şübhələnmişdilər. Onlar Bellanın hər hərəkətini izləyirdilər. Bellanın isə heç nə vecinə deyildi. Özünə yeni-yeni sevgililər tapırdı. Hamı bilirdi ki, o duldur, buna görə də tanış olmaq istəyən kişilərin sayı çox idi. Ancaq onların ağlına da gəlmirdi ki, bu xoş görünüşlü qadın əslində soyuqqanlı qatildir.

Yatağına saldığı kişilər tezliklə, ona evlilik təklifi edirdilər. Bella imtina etmirdi. Ərə gedirdi, hər bir ərinin də həyatını sığortalayırdı. Bir qədər sonra isə həyat yoldaşları müəmmalı şəraitdə dünyalarını dəyişirdilər.
Ümumilikdə, Bella Ginnes 42 ərini "o dünyaya" göndərdi və sığorta pullarından yarım milyon dollar qazandı. O zaman üçün bu, fantastik məbləğ idi.

Polis Belladan şübhələnmişdi. Ancaq onun cinayətlərini sübuta yetirmək çətin idi.
Öldürülənlərin qohumları isə polisi gözləmək fikrində deyildilər. İntiqam almaq istəyənlərə cinayətin məhz Bellanın törətdiyini sübut etmək üçün fakt-dəlil lazım deyildi. Günlərin bir günü Bella Ginnes yoxa çıxdı. Kimsə Belanın başını kəsib, sonra meyitini yandırmışdı. Onun qatili tapılmadı.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın ərini pişiyə görə məhkəməyə verdiö
Dünyanın ən yaşlı çöl quşu yumurtladı
İki ildir kosmosdan qayıda bilməyən astronavtlardan xəbər var - FOTOlar

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Həmin görüntülər yayıldı: Pilotlar nə deyirmiş?
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı