Putindən açıqlama:Azərbaycan bu layihənin həyata keçirilməsini dəstəkləyir
02 Oktyabr 2026, 09:29
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
817
01.02.2026, 19:04
Serbiya prezidenti Aleksandar Vuçiç hesab edir ki, ABŞ artıq yaxın 48 saat ərzində İrana hərbi zərbə endirə bilər.
Oxu24.com xəbər verir ki, o, bu barədə TV Pink telekanalının efirində danışıb.
Vuçiç bildirib ki, ABŞ İrana hücum etməklə Ceffri Epşteyn işi ilə bağlı yeni sənədlərdən diqqəti yayındırmağa çalışa bilər. Onun sözlərinə görə, bu, gələcək Amerika zərbəsinin əsas səbəbi olmasa da, Ağ Evdə qərarların daha sürətlə verilməsinə təsir göstərə bilər.
“Monika Levinski ilə bağlı qalmaqalda olduğu kimi belə cəfəngiyat ortaya çıxanda kimisə bombalamağa başlayırlar. Mən bunun əsas səbəb olacağına inanmıram, amma demək olar ki, bəzi qərarların qəbulunu sürətləndirəcəyinə əminəm”, – deyə Serbiya prezidenti qeyd edib.
Burada söhbət ABŞ-ın 42-ci prezidenti Bill Klintonla qalmaqallı münasibəti ilə tanınan Monica Lewinskydən gedir.
Vuçiç vurğulayıb ki, Serbiya üçün əsas prioritet daxili sabitliyə diqqət yetirməkdir. Onun sözlərinə görə, ölkə üçün sülhün qorunması və iqtisadi layihələrin həyata keçirilməsi əsas məqsəd olaraq qalır.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Trump İrana doğru daha bir Amerika hərbi gəmiləri qrupunun hərəkət etdiyini açıqlayıb. Eyni zamanda o, vəziyyətin diplomatik yolla nizamlanacağına ümid etdiyini bildirib və Tehrana razılaşma bağlamağa çağırıb.
Bundan əlavə, Axios nəşri mənbələrə istinadən yazıb ki, Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Khalid bin Salman Vaşinqtonda keçirilən qapalı brifinq zamanı ABŞ-ın İrana mümkün zərbəsinə dəstək ifadə edib. O qeyd edib ki, əgər Tramp öz hədələrini həyata keçirməsə, İran rejimi daha da möhkəmlənəcək.
13:46 / 02 Oktyabr 2026
1
13:44 / 02 Oktyabr 2026
11
13:40 / 02 Oktyabr 2026
33
13:32 / 02 Oktyabr 2026
39
13:21 / 02 Oktyabr 2026
69
13:14 / 02 Oktyabr 2026
54
13:08 / 02 Oktyabr 2026
771
12:52 / 02 Oktyabr 2026
83
12:39 / 02 Oktyabr 2026
135
12:36 / 02 Oktyabr 2026
57
12:34 / 02 Oktyabr 2026
76
12:31 / 02 Oktyabr 2026
66
12:29 / 02 Oktyabr 2026
66
12:25 / 02 Oktyabr 2026
61
12:21 / 02 Oktyabr 2026
63
12:10 / 02 Oktyabr 2026
63
12:06 / 02 Oktyabr 2026
192
12:05 / 02 Oktyabr 2026
73
12:04 / 02 Oktyabr 2026
55
11:57 / 02 Oktyabr 2026
347
11:52 / 02 Oktyabr 2026
63
11:40 / 02 Oktyabr 2026
444
11:30 / 02 Oktyabr 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.