Qaynar xətt:

(+99450) 247 90 86

Sərhəddə şok:Içərisində ekipaj üzvlərinin meyiti olan tank tapıldı

Sərhəddə şok:Içərisində ekipaj üzvlərinin meyiti olan tank tapıldı

DÜNYA

1547

03.07.2019, 09:54

\"\"  Rostov vilayətində Ukrayna ilə sərhəddə \"Mius-Front\" axtarış assosiasiyası tərəfindən  Böyük Vətən Müharibəsində iştirak etmiş “KV-1” sovet tankı tapılıb.
APA “RİA Novosti”yə istinadla xəbər verir ki, ekipajın qalıqları da tankın içərisində tapılıb.
\"Mius-Front\" rəhbəri Andrey Kudryakov bildirib ki, ehtimala görə, bu tank 1943-cü ilin yazında Alman Cəbhəsinin cənub cəbhəsini yararkən alman təyyarələri tərəfindən məhv edililıb. “KV-1”-in 62-ci ağır tank briqadasının tərkibinə daxil olduğu bildirilib. Arxiv sənədlərində göstərilib ki, sözügedən hücum 18 avqust 1943-cü ildə baş verib. Həmin döyüşdə sovet qoşunları 15 texnika itirib. 1939-1942-ci illərdə istehsal edilmiş “KV-1” o dövrün 76 mm çaplı ağır tankı hesab edilirdi. Finlandiya ilə müharibədə də bu tanklardan istifadə olunub. {banner_reklam}