Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan rusiyalıların ən çox səyahət etdiyi üç ölkə sırasında yer alıb 

news/2026_01_29/6979c0ce3dac26979c0ce3dac317695868946979c0ce3dac06979c0ce3dac1_1769684733.jpg

DÜNYA

54

29.01.2026, 15:03

2025-ci ildə Rusiyanın Vətən Müdafiəçisi Günü və Beynəlxalq Qadınlar Gününün qeyd edilməsi zamanı Azərbaycan rusiyalılar üçün ən populyar beynəlxalq səyahət istiqamətləri arasında üçüncü yeri tutub.
Oxu24.com  xəbər verir ki, “Tutu” səyahət xidmətinin araşdırmasına görə, 23 fevral tarixinə olan məlumatda rusiyalıların bütün beynəlxalq səyahətlərinin 5 faizinin Azərbaycana məxsus olduğu və ölkəmizin reytinqdə üçüncü yeri tutduğu bildirilir. Belarus 27 faizlik payla siyahıya liderlik edib, Özbəkistan isə ikinci yeri tutub (12%).
Beynəlxalq Qadınlar Gününün qeyd edilməsi zamanı da Azərbaycan 7 faizlik göstərici ilə beynəlxalq reytinqdə üçüncü yerini qoruyub saxlayıb. Belarus yenə də birinci, Özbəkistan isə ikinci yeri tutub. Türkiyə, Qazaxıstan və Gürcüstan da populyar istiqamətlər arasında yer alıb. (AZƏRTAC)