Qaynar xətt:

(+99450) 247 90 86

Keçmiş olimpiyaçı ABŞ-yə təhvil verildi – VİDEO 

news/2026_01_25/ze_1769346060.jpg

DÜNYA

94

25.01.2026, 16:59

Keçmiş olimpiyaçı Ryan Uedding qandallı şəkildə ABŞ-yə təhvil verilib.

Oxu24.com  xəbər verir ki, keçmiş kanadalı olimpiya snoubordçusu və hazırda beynəlxalq cinayət şəbəkəsinin rəhbəri kimi ittiham olunan Ryan Wedding ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən Meksikada saxlanıldıqdan sonra Kaliforniyanın Ontario şəhərinə gətirilib.

Bildirilir ki, yaxın günlərdə Kaliforniyada məhkəmə qarşısına çıxarılacaq.

Onun qandallı vəziyyətdə təyyarədən endirilməsi ilə bağlı görüntülər paylaşılıb.

Qeyd edək ki, o, beynəlxalq narkotik qaçaqmalçılığı, pul yuma, şahidin qətlinin sifarişi, cinayətkar təşkilat yaratmaq kimi ağır maddələrlə ittiham olunur.

Federal prokurorluq onun böyük həcmdə narkotik dövriyyəsi və transmilli cinayət şəbəkəsinə rəhbərlik etdiyini bildirir.NOCOMMENT.az