Qaynar xətt:

(+99450) 247 90 86

Dünya növbəti təyyarə qəzası ilə SARSILDI: Tanınmış simalar öldü

Dünya növbəti təyyarə qəzası ilə SARSILDI: Tanınmış simalar öldü

DÜNYA

1320

01.07.2019, 11:49

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
  ABŞ-ın Texas əyalətində “Beechcraft BE-350” tipli təyyarənin qəzaya uğraması nəticəsində 10 nəfər həyatını itirib.
Redaktor.az-ın xəbərinə görə, bu barədə Federal Aviasiya İdarəsi məlumat yayıb. Məlumata görə, layner havaya qalxandan bir neçə dəqiqə sonra idarəetmədən çıxaraq, uçuş zolağının yaxınlığındakı binaya çırpılıb.
Zərbənin təsirindən güclü yanğın baş verib. Yerli mənbələr yazır ki, hadisə zamanı özəl laynerdə olan sərnişinlərin adları araşdırma səbəbiylə hələlik açıqlanmır. Lakin layner özəl olduğuna görə, yerli media təyyarədə tanınmış simaların olduğunu istisna etmir.