İranın ilan sifəti — Rezainin Mustafayevlə salamlaşmasının arxasında duran SƏBƏB
02 Oktyabr 2026, 19:36
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
658
19.01.2026, 22:57
Moldova Xarici İşlər Nazirliyi respublikanın Müstəqil Dövlətlər Birliyindən (MDB) tamamilə çıxması üçün zəruri prosedurlara başlayıb.
Oxu24.com xəbər verir ki, bu barədə nazir Mihai Popşoi Moldova Radiosunda bildirib.
Nazirin sözlərinə görə, nazirlik hazırda MDB-nin təsis müqaviləsinin, onun əlavələrinin və Birliyin nizamnaməsinin ləğvi layihəsini hazırlayır.
"Bu üç fundamental müqavilənin ləğvi ilə Moldova Respublikası rəsmi olaraq MDB-nin tərkibindən çıxacaq. Və bu proses artıq başlayıb. Biz bu qərarı bu yaxınlarda verdik. Təsdiq prosesi başlayıb", - deyə Moldovanın xarici işlər naziri bildirib.
Popşoi əlavə edib ki, hökumət prosesləri fevralın ortalarına qədər başa çatacaq. Nazir qeyd edib ki, bundan sonra qərar parlament tərəfindən veriləcək.
Ötən ilin oktyabr ayında Belarus xarici işlər naziri Maksim Rıjenkov Qərb ölkələrinin Moldova və Ukraynaya uydurma AB üzvlüyü perspektivi bəhanəsi ilə MDB daxilində əlaqələri kəsmək üçün təzyiq göstərdiyini bildirmişdi. Departament rəhbəri KTMT mövzusuna da toxunaraq, təşkilatın tərəfdaşlarından birinin Qərbin qoyduğu şərtlər üzündən fəal iştirak etmədiyinə işarə etdi.
Nigarxanım
21:33 / 02 Oktyabr 2026
10
21:27 / 02 Oktyabr 2026
1
21:25 / 02 Oktyabr 2026
30
21:18 / 02 Oktyabr 2026
33
21:11 / 02 Oktyabr 2026
47
20:59 / 02 Oktyabr 2026
66
20:51 / 02 Oktyabr 2026
60
20:47 / 02 Oktyabr 2026
56
20:42 / 02 Oktyabr 2026
56
20:40 / 02 Oktyabr 2026
65
20:28 / 02 Oktyabr 2026
64
20:24 / 02 Oktyabr 2026
56
20:18 / 02 Oktyabr 2026
190
20:16 / 02 Oktyabr 2026
54
20:10 / 02 Oktyabr 2026
58
19:59 / 02 Oktyabr 2026
59
19:57 / 02 Oktyabr 2026
159
19:47 / 02 Oktyabr 2026
76
19:39 / 02 Oktyabr 2026
95
19:36 / 02 Oktyabr 2026
92
19:29 / 02 Oktyabr 2026
77
19:27 / 02 Oktyabr 2026
72
19:22 / 02 Oktyabr 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.